"Fənərbaxça" iki futbolçusu ilə yollarını ayırır
Heyətində 11 legioner futbolçusu olan "Fənərbaxça" klubu Oskar Kardozo və Emanuel Emenikeni transfer edəcəyi təqdirdə iki oyunçusu ilə yollarını ayırmaq məcburiyyətində qalacaq.

Artıq "Fənərbaxça"dan göndəriləcək futbolçuların adları da bəlli olub.

Belə ki, Kardozo və Emenike transfer olunarsa, Miloş Krasiç və Yosef Yobo komandadan ayrılacaq. İspaniyanın "Sevilya" klubu Krasiçin transfrində maraqlıdır. İspaniya klubu Krasiç üçün qarşı tərəfə 2,3 milyon avro təklif edib. Lakin hələlik "Fənərbaxça" buna heç bir münasibət bildirməyib.

İstanbul təmsilçisi hər iki futbolçu ilə Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində qarşılaşacaq "Zalsburq"la oyundan sonra danışıq masasına oturacaq.


Xəbər 923 dəfə oxundu.