"Atletiko" klubu daha bir transfer gerçəkləşdirib. | |
Madridin "Atletiko" klubu daha bir transfer gerçəkləşdirib. Madrid təmsilçisi Uruqvayın "Danubio" klubunun futbolçusu Xose Maria Ximenesi heyətinə qatıb. 18 yaşlı müdafiəçi ilə beş illik rəsmi müqavilə imzalanıb. "Atletiko"ya transfer olunduğunu üçün Ximenes özünü xoşbəxt hiss etdiyini deyib: " Matç bitənə qədər mübarizə aparmağı sevirəm. Nə olursa olsun, komanda yoldaşlarımı heç vaxt yarıyolda buraxmayacaq bir xarakterim var". Qeyd edək ki, futbolçu bu il U-20 Dünya çempionatında Uruqvay millisinin bütün oyunlarında start heyətdə yer alıb. |
|
Xəbər 1001 dəfə oxundu. |
|
|