Ronaldinyo ilk dəfə "Libertadores kuboku"nu qazandı | |
Cənubi Amerikanın "Libertadores kuboku"nun qalibi məlum olub. Finalda Ronaldinyonun forma geydiyi Braziliyanın "Atletiko Mineiro" klubu ilə Paraqvayın" "Olimpia"sı üzə-üzə gəlib. Görüşün əsas 2:0 hesabı ilə “Atletiko”nun xeyrinə başa çatıb. İlk oyunda “Olimpia” bu hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab açılmadığından matçın qalibi penaltilər seriyasından müəyyənləşib. Burada "Atletiko Mineiro" zərbələri daha dəqiq yerinə yetirərək 4:3 hesablı qələbə qazanıb. Bununla da Ronaldinyo futbolçu karyerası ərzində ilk dəfə "Libertadores kuboku"nu qazanıb. |
|
Xəbər 1026 dəfə oxundu. |
|
|