2-ci gündə də uğurlu çıxış | |
Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə ənənəvi boks turniri davam edir. Yarışın 2-ci günündə rinqə çıxan idmançılarımızın hamısı qələbə qazanıblar. Məhəmməd Abdulhəmidov (52 ru) ilk görüşünü braziliyalı Cekson Santosa qarşı keçirməli bdi. Ancaq cənubi amerikalının çəkisi normadan çox olduğundan o, rinqə çıxmayıb. 75 kq çəkidə London olimpiadasına lisenziya qazanmış Soltan Migitinov rusiyalı Şamil Şauxalovu 5:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb. Super ağır çəkili boksçumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışa qələbə ilə başlayıb. Milli komandamızın üzvü Cusem Delevarini 12:4 hesabı ilə üstələyib. Qeyd edək ki, Umaxanov turnirində WSB liqasında “Baku Fires”in heyətində mübarizə aparmış boksçular döyüşürlər. Turnirə iyulun 16-da yekun vurulacaq. |
|
Xəbər 1387 dəfə oxundu. |
|
|