«İnter»in baş məşqçisi Türkiyə toplanışından razı qalıb | |
«İnter» klubunun baş məşqçisi Kaxaber Tsxadadze Türkiyə toplanışının yekunları haqqında danışıb. Mütəxəssis deyib ki, çempionluq yolunda komandanın mümkün qədər gücləndirmək lazımdır: «Təlim-məşq toplanışının yekunundan razıyam. Böyük həcmli iş yerinə yetirdik. Bu toplanışın əsas məqsədi növbəti hazırlığın özülünün qoyulmasından ibarət idi. Futbolçulara fiziki yükləmə böyük oldu. Onlar çox yoruldular. Amma buna baxmayaraq, qarşılarına qoyulmuş tapşırıqların öhdəsindən gəldilər. Türkiyədə keçirilmiş yoxlama matçlarında komandamız oyundan oyuna irəliləyirdi. Onu da deyim ki, bir neçə mövqeyi gücləndirmək lazımdır. Toplantı zamanı baxışa bir neçə futbolçu gəldi. Bu futbolçular azad agentlər idilər. Bir müddətdən sonra onların bəzilərinin gələcəyinə aydınlıq gətiriləcək. Təbii ki, onlar bizim təklifi qəbul edib 2-ci toplanışa getmək istədikləri halda, dediklərim reallaşa bilər». |
|
Xəbər 1161 dəfə oxundu. |
|
|