Xokkeyçiləri Avropa çempionatında iştirak edəcəklər
İyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində otüstü xokkey üzrə qadınlar arasında Avropa çempionatı keçiriləcək.
Çempionatda iştirak edəcək Azərbaycanın qadın otüstü xokkeyçilərdən ibarət milli komandasının heyəti müəyyənləşib.
Baş məşqçi Adil Paşayevin rəhbərliyi altında heyətdə 18 idmançı - qapıçılar Viktoriya Şahbazova, Səadət Nuriyeva, müdafiəçilər Əminə Müzəffərova, Zoya Lebedyuk, Alyona Karas, Feruza Makayeva, yarımmüdafiəçilər Xatirə Əliyeva, Lyüdmila Çequrko, Yuliya Muradi, Tatyaniya Kiyaniçenko, Gülər Aydınlı, Nərgiz Novruzova, Tamella Əlivəliyeva, Xalidə Zeynalova, hücumçular Lyubov Drujinina, Fəridə Məmmədova, Anastasiya Tsıqanskaya və Amaliya Həsənova yer alıblar.
Avropanın səkkiz ən güclüsü sırasına vəsiqə qazanmaq üçün mübarizə aparacaq xokkeyçilərimiz “A” qrupunda Fransa, Ukrayna və Litva komandaları ilə görüşəcəklər. “B” qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya xokkeyçiləri yarışacaqlar.

Xəbər 874 dəfə oxundu.