Millimiz Kazan Universiadasının medal sıralamasında 14-cü yerdədir
Tatarıstanın paytaxtı Kazanda 27-ci Dünya Universiadası davam edir.
Hesabında 4 qızıl, 4 gümüş və 7 bürünc medal olan Azərbaycan millisi 170 ölkə arasında 14-cü pillədə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan Macarıstan, İtaliya, Meksika, Niderland, Argentina, Ermənistan, Yeni Zelandiya və s. ölkələri qabaqlayıb.

Qeyd edək ki, milli komandamızın heyətində ağırlıqqaldıranlarımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Cunayev qızıl, Kristina İova, kəmər güləşi yarışlarda çıxış etmiş Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqamedova gümüş medala sahib olublar. Cüdoçumuz Məmmədəli Mehdiyev, güləşçilərimiz İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçularımız Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov Universiadanı üçüncü pillədə başa vurub.

Medal hesabında Universiadaya Rusiya liderlik davam etdirir. Meydan sahiblərinin aktivində 250 medal (126-67-57) vardır.
Çin Xalq Respublikası 67 medalla (23-26-18) ikinci, Yaponiya isə 70 medalla (20-22-28) üçüncüdür.

Universiadaya iyulun 17-də yekun vurulacaqdır.

Xəbər 893 dəfə oxundu.