«Beşiktaş»ın tarixi toplantısı sona çatdı
«Beşiktaş»ın UEFA Arbitraj məhkəməsindəki müdafiəsi sona çatdı. İdman.com.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA qərargahında keçirilən dinləməyə klub adından prezident Fikret Orman, 2-ci vitse-prezident Ahmet Nur Çebi, idarə heyətinin üzvü Melih Sami Esen qatılmışdılar. Yığıncaqda həmçinin «Beşiktaş»ın şahid olaraq göstərdiyi Serdal Adalı, Cengiz Zülfikaroğlu, Tayfur Havutçu, Ahmet Ateş, Oğuz Atalay, Burak Oder və Mertay Kuqay da iştirak edirdi.

Toplantının nəticəsi hələ bəlli olmadığı durumda «Beşiktaş»ın prezidenti Fikret Orman açıqlamalar verdi. Yaxşı müdafiə olunduqlarını deyən Orman nəticənin 1 həftə sonra açıqlanacağını düşündüklərini söylədi. Orman deyib: «Sonucunu bildiyimiz bir şey yoxdu, yaxşı müdafiə olunduq. Nəticə hər halda 1 həftə sonra açıqlanar. Müsbət nəticə gözləmək lazımdır».
Müdafiə ilə əlaqədar təfərrüatlara varmaqdan qaçan «Beşiktaş» rəhbəri qərar açıqlanmadan mətbuatda nəsə getmənin vəziyyəti dəyişdirə biləcəyini söylədi.

Xəbər 1099 dəfə oxundu.