“Türkiyə İş Bankası Ligi-2013” turniri başa çatıb
Türkiyənin Denizli şəhərində şahmat üzrə “Türkiyə İş Bankası Ligi-2013” turniri başa çatıb.

13 komanda, hər komandanın tərkibində 10 zəka sahibi olmaqla, turnirdə Türkiyə, Macarıstan, Serbiya, Gürcüstan, Azərbaycan, Polşa, Fransa, Rusiya, Ukrayna, Bolqarıstan, İsrail və İspaniyadan ümumilikdə 235 şahmatçı qələbə uğrunda mübarizə aparıb.
Sonuncu turdan sonra “Beşiktaş Gimnastik Klubu” qalib adını qazanıb.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov qalib komandanın heyətində çıxış edib.

Xəbər 1007 dəfə oxundu.