Kazanda 27-ci Dünya Yay Universiadası davam edir | |
Tatarıstanın paytaxtı Kazan şəhərində 27-ci Dünya Yay Universiadası davam edir. Şahmat yarışlarının dördüncü turunda Azərbaycanı təmsil edən idmançıların rəqibləri müəyyənləşib. Belə ki, şahmatçımız Nicat Abbasov Toms Kantansla (Latviya), Zaur Məmmədov Djuliyan Şarer (İcveçrə), Bəhruz Rzayev Maksim Matlakovla (Rusiya), Vasif Dürarbəyli Cuonq Famla (Vyetnam), Türkan Məmmədyarova Kamilla De Sero (İsveçrə) ilə, Nərgiz Umudova Mariya Heyneç ilə (İsveçrə), Nərmin Kazımova Gülisxan Naxbayeva (Qazaxıstan), Nərmin Xəlilova isə Ester Dudaş (Macarıstan) ilə qarşılaşacaq. Universiadada şahmat yarışlarına iyulun 15-də yekun vurulacaq. |
|
Xəbər 896 dəfə oxundu. |
|
|