Təlim-məşq toplanışı davam edir | |
“Bakı” Futbol Klubunun Avstriyada təlim-məşq toplanışı davam edir. Dünənki proqrama əsasən komanda 3 məşq keçib. Öncə, səhər saatlarında oyunçular çəki nəzarətindən keçərək məşq meydançasına yollanıblar. Məşq “ağ-göylər”in isinmə hərəkətləri ilə başlayıb. Əsasən toplu hərəkətlərdən ibarət olan məşq zamanı iki qrupa bölünən futbolçular qısamüddətli bir oyun da keçiriblər. Səhər məşqindən sonra komanda trenajor zalına yollanıb və burada fiziki təmrinləri yerinə yetirib. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi güclü yağış səbəbindən cəmi bir saat davam edib. Komanda üzvləri əsasən driblinq və zərbələr üzərində çalışıb. Əfran İsmayılovla Rauf Əliyev səhər və axşam məşqlərində iştirak etməyiblər. |
|
Xəbər 709 dəfə oxundu. |
|
|