Roberto Karlos: «Məşqçi kimi də qazanmaq istəyirəm» | |
«Sivasspor»un baş məşqçisi Roberto Karlos komandanın məşqlərindən birindən sonra jurnalistlərlə söhbət edib. İdman.com.az saytı xəbər verir ki, braziliyalı mütəxəssis onlara deyib: «Biz burada bir ailəyik. Ailə olaraq komandanın məşqlərində hər zaman ən yaxşı mübarizəni və səyi gözləyirəm. Məşqlərdə bütün komandanın çox ehtiraslı olmasını istəyirəm. Onlara bunu söylədim. Hər kəs məşqlərdə əlindən gələni etməlidi. Futbolçu olaraq hər zaman qazanan bir Roberto Karlos idim, məşqçi kimi də qazanmaq istəyirəm. Bizim qələbələrimizi gözləyən bir şəhər var. Buna görə də onların gözlədiklərinin qarşılığını vermək üçün əlimizdən gələni edirik. Mən futbolçuları, onlar da məni yavaş-yavaş tanıyır. Onlarla çalışmaqdan çox xoşbəxtəm, çox yaxşı futbolçulardı. Fiziki, texniki və taktiki mənada düzəldə biləcəyimiz çox şey var. Onları yaxşı çalışdıraraq Türkiyə liqasında çox yaxşı çıxış edəcəyimizə inanıram». |
|
Xəbər 949 dəfə oxundu. |
|
|