İquain «Topçu» olur
«Real» və «Arsenal» Qonsalo İquainin keçidinin təfərrüatlarını razılaşdırdılar. İdman.com.az saytı xəbər verir ki, argentinalının transferinin dəyəri 23 milyon funtdur. Lakin şəxsi müqavilənin şərtləri hələ ki, rəsmi açıqlanmır. Britaniya mətbuatının yazdığına görə, «Arsenal»la müqavilə 4-illik müddətə bağlanıb.

Yaxın günlərdə futbolçu tibbi müayinə üçün «Topçular»ın bazasına gələcək. İquain «Arsenal»a hələ bir ay əvvəl keçməli idi. Ancaq o zaman «Real» 30 milyondan aşağı düşmürdü. «Real»ın forvardına «Yuventus» da iddialı idi. Lakin «Arsenal»ın təklifi daha sərfəli oldu.

İndi İquain yeni komandasına Asiya turnesi zamanı qatılacaq. O, «Real»da 7 mövsüm keçirib. Futbolçu 2006-cı ildən bəri bu komandada 264 matç keçirib və 121 qol vurub. Argentinalı forvard madridlilərlə İspaniyanın üçqat çempionu və ikiqat Superkuboku qalibidi. İquain 2006-cı ildə Argentina çempionatının aperturada ən yaxşı bombardiri olub.

2010-cu ildə 4 qolla Argentina yığmasının dünya çempionatında ən məhsuldar oyunçusu olub. 2009-2-10-cu illər mövsümündə İspaniya çempionatında 29 qol vuraraq, yalnız Lionel Messidən geri qalıb. La Liqanın son mövsümündə 28 oyuna 16 qol vurub.

Xəbər 1134 dəfə oxundu.