Prezident İlham Əliyev BGF rəhbərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Beynəlxalq Güləş Federasiyasının Prezidenti Rafael Martinettini qəbul edib.
Görüşdə ölkəmizdə idmana dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı bildirildi, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu, Azərbaycanda təşkil edilən mötəbər beynəlxalq idman yarışlarının əhəmiyyətinə toxunularaq bu gün Bakıda keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “ Qızıl Qran Pri” beynəlxalq turnirinin önəmi vurğulandı.

AzərTAc

Xəbər 2508 dəfə oxundu.