İşçi qrupun tərkibi müəyyənləşib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü il 22 may tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.

2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə işçi qrup yaradılmışdır. İşçi qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub. Artıq işçi qrupun tərkibi müəyyənləşib. Bunlar Sərxan Hacıyev, Cavid Qarayev, Mikayıl Quluyev, Könül Mehtiyeva, Səbinə Hüseynova, Rəmiş Malıyev və Elnur Məmmədovdur.

AFFA-nın prezidenti Rövnəq Abdullayev əmrin icrasına nəzarəti öz üzərinə götürüb.

Xəbər 896 dəfə oxundu.