«Spartak»dan «Sevilya»ya keçid | |
«Spartak» və «Sevilya» komandaları müdafiəçi Nikolas Parexanın icarəsi ilə bağlı razılığa gəliblər. Bu barədə məlumatı Rusiya klubunun rəsmi saytı yayıb. Müdafiəçi ispan komandasında tibbi müayinədən keçdikdən sonra danışıqlar rəsmiləşəcək. Sevilya futbolçunu icarə müddəti başa çatdıqdan sonra transfer etmək hüququna da malikdir. 29 yaşlı futbolçu Spartaka 2010-cu ildə Espanyoldan keçib. Parexa Spartakda 60 oyuna 3 qol vurub. Uzun müddət futbolçu Argentina millisinin əsas müdafiəçilərindən sayılırdı. |
|
Xəbər 704 dəfə oxundu. |
|
|