Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Qitə arenalarında baş tutacaq oyunlardan biri «İnter» üçün əhəmiyyət daşıyacaq.
Belə ki, «İrter» – «Mariehamn» cütünün qalibi II təsnifat mərhələsi çərçivəsində «Tromse» (Norveç) – «Kelje» (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Tərəflər arasında ilk oyun bu gün Norveçdə keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Qeyd edək ki, «Xəzər Lənkəran» – «Slima» cütünün qalibi II təsnifat mərhələsində İsrailin «Makkabi» (Hayfa) klubu ilə qarşılaşacaq. «Qarabağ» – «Metallurq» cütünün qalibi isə Polşanın «Piast» klubu ilə üz-üzə gələcək.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
4 iyul
Tromse (Norveç) – Kelje (Sloveniya)

Xəbər 767 dəfə oxundu.