London Olimpiadasına daha bir lisenziya! | |
Taekvondoçumuz Ramin Əzizov təsnifat turbirinin qızıl medalını qazanmaqla bərabər, Londona da vəsiqə əldə etdi İyulun 2-də Bakıdakı “Sərhədçi” Olimpiya İdman Mərkəzində London Olimpiadasına lisenziya xarakterli beynəlxalq taekvondo turnirininin üçüncü günündə Azərbaycan idmançıları növbəti uğurlarını qazanıblar. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov ilk olaraq çinli Lai Lini, növbəti mərhələdə Avstraliya idmançısı Hasan Burakı məğlub edərək turnirin ¼ finala vəsiqə qazanıb. Bu mərhələdə idmançımız Mərakeş taekvondoçusu İssam Çernubiyə, yarımfinalda isə Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı italiyalı Mauro Sarmientiyə qalib gələrək 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Həlledici qarşılaşmada idmançımız İran taekvandoçusu Yusif Kərimi ilə qarşılaşmalı olsa da, rəqibi zədələndiyindən Ramin turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, yarışın ilk günü 67 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Fəridə Əzizova turnirin gümüş medalını qazanmaqla, London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmişdi. AzərTAc |
|
Xəbər 1303 dəfə oxundu. |
|
|