Futbolçu ehtiyatda otura-otura zədələnib
Hərbçilər arasında dünya çempionatında iştirak edən Azərbaycan yığmasında kuryoz hadisə baş verib. Belə ki, milli komandamızın futbolçusu Nurlan Novruzov ehtiyatda otura-otura zədələnib.

Süleymanovun sözlərinə görə, müqavilə ilə “Bakı”ya məxsus olan futbolçu xəsarət alıb: “Nurlan oynamadığı halda, zədələnib. Çox maraqlıdır. Deyir ki,ayaqlarımda ağrı var. Bu necə olur? Nurlan düşərgəni tərk etməyəcək. Bərpa məşqində ona baxacağam”.

“Bakı”nın digər futbolçusu Elşad Manafov da zədə alıb. Süleymanov bildirib ki, oyunçunun topuğunda problem var.

Qeyd edək ki, ilk oyunda Malini məğlub edən Azərbaycan yığması iyulun 5-də İraqla görüşəcək.

Xəbər 951 dəfə oxundu.