«Mariehamn» – «İnter» matçının baş hakimi müəyyənləşib
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq «Mariehamn» – «İnter» matçının baş hakimi müəyyənləşib. UEFA təmsilçimizin finlandiyalılarla səfər matçını Şimali İrlandiyadan olan FİFA referisi Mervin Smitə tapşırıb.

Qeyd edək ki, 37 yaşlı Smit 2011-ci ildən FİFA referisidi. «Mariehamn» – «İnter» oyunu iyulun 11-də Finlandiyada keçiriləcək.

Xəbər 954 dəfə oxundu.