Qus Hiddinkin yeni köməkçisi müəyyənləşib
“Anji”nin baş məşqçisi Qus Hiddinkin yeni köməkçisi müəyyənləşib. Bu, “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyussonun köməkçisi olmuş Rene Melenstendir.

Bu barədə Bakı “İnter”i ilə yoldaşlıq oyunundan (1:0) sonra Hiddink məlumat verib: “Hələ ki rəsmi qərar verilməyib, lakin biz onunla müqavilə imzalamağa yaxınıq”.

Qeyd edək ki, Melensten 2001-ci ildən “Mançester Yunayted”də işləyib.

Xəbər 1184 dəfə oxundu.