Farfan "Qalatasaray"da
"Qalatasaray" "Şalke"nin perulu yarımmüdafiəçisi Cefferson Farfanı heyətinə qatıb. Yenidən "sarı - qırmızılı" klubun prezidenti seçilən Ünal Aysal dərhal iki idarəçisini Farfan üçün Almaniyaya göndərib.

Masa arxasına əyləşən tərəflər nəhayət ki, transfer üçün razılığa gəliblər. İstanbul klubunun 6 milyon avroluq təklifini qəbul etməyən "Şalke" rəsmiləri, 28 yaşlı futbolçu üçün 10 milyon avro tələb ediblər. Növbəti mövsümdə də Çempionlar Liqasına qatılacaqları təqdirdə əlavə 2 milyon avro ödəyəcəklərini deyən "Qalatasaray"lı idarəçilər bu şərtlə 7 milyon avroya Alman klubunu razı salıblar.

Türkiyə mətbuatının yazdığına görə, "Qalatasaray" klubu yaxın bir-iki günə Farfanın transferini rəsmi olaraq açıqlayacaq.

Xəbər 941 dəfə oxundu.