Rubin Çelsinin yarımmüdafiəçisi ilə güclənə bilər
"Rubin" klubu "Çelsi"nin və Fransa gənclər yığmasının hücumameylli yarımmüdafiəçisi Qael Kakute ilə maraqlanır. Bu barədə Tribal Football məlumat verib. Kazanlılardan əlavə 22 yaşlı futbolçu Vitess və Rayo Vallekanonun da maraq dairəsindədir.

Xatırladaq ki, ötən mövsümü Kakuta Vitessin heyətində icarədə keçirmişdi. O Hollandiya çempionatında 22 oyuna 1 qol vurmuşdu.

Xəbər 850 dəfə oxundu.