Laurentisdən yeni transfer xəbəri | |
Napolinin prezidenti Aurelio De Laurentis PSV-nin forvardı Dris Martensin transferinin həll edildiyini bəyan edib:"Bir neçə dəqiqə əvvəl keçidi həll etdiyimi sizə çatdırmaqdan məmnunam. Mertens artıq Napolinin oyunçusudur" Qeyd edək ki, 26 yaşlı forvard Neapol komandası ilə 5 illik müqavilə imzalayıb. Transferin dəyəri 10 milyon avrodur. Onun məvacibi yeni komandasında 1,5 milyon avro olacaq. Son Hollandiya çempionatında Mertens 29 oyunda 16 qol vurub və 19 məhsuldar ötürmə edib. |
|
Xəbər 832 dəfə oxundu. |
|
|