"Neftçi"nin rəqibi bəlli oldu | |
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının püşkü atılacaq. Ardıcıl üçüncü il ölkə çempionu olan "Neftçi" əksər klublar kimi mübarizəyə ikinci mərhələdən qoşulacaq. Çünki ilk mərhələdə reytinqi ən zəif olan 4 ölkənin klubları mübarizə aparacaqlar. "Neftçi" klubu püşk zamanı "səpələnmişlər" səbətində yer alacaq ki, bu da təmsilçimizə nisbətən zəif rəqiblə qarşılaşmağa imkan yaradacaq. Böyükağa Hacıyevin komandası bu mərhələni keçəcəyi təqdirdə ən azı Avroliqanın "play-off"unda oynamaq hüququ əldə edəcək. İlk təsnifat mərhəlisi "Şirak" (Ermənistan) - "Tre Penne" (San Marino) "Lusitans" (Andorra) - "Streymur" (Farer adaları) *** II təsnifat mərhələsi "NEFTÇİ" - "Skenderbeu" (Albaniya) "Styaua” (Rumıniya) - “Vardar” (Makedoniya) “Viktoriya” (Çexiya) - “Jelezniçar” (Bosniya və Herseqovina) “Şerif” (Moldova) - “Sutyeska” (Çernoqoriya) “Birkirkara” (Malta) - “Maribor” (Sloveniya) “Sliqo Rovers” (İrlandiya) - “Mölde” (Norveç) “Elfsborq” (İsveç) - “Dauqava” (Latviya) HİK (Finlandiya) - “Nomme Kalyu” (Estoniya) “Ekranas” (Litva) - “Hafnarfyordur” (İslandiya) TNS (Uels) - “Legiya” (Polşa) “Seltik” (Şotlandiya) - “Kliftonvill” (Şimali İrlandiya) “Dinamo” (Zaqreb, Xorvatiya) - “Fola” (Lüksemburq) “Qyorİ Eto” (Macarıstan) - “Makkabi” (Təl-Əviv, İsrail) BATE (Belarus) - “Şaxtyor” (Qazaxıstan) "Şirak" (Ermənistan)/"Tre Penna" (San Marino) cütünün qalibi - “Partizan” (Serbiya) “Slovan” (Slovakiya) - “Ludoqorets” (Bolqarıstan) “Dinamo” (Tiflis, Gürcüstan) - "Lusitanos" (Andorra) / "Streymur" (Farer adaları) cütünün qalibi |
|
Xəbər 883 dəfə oxundu. |
|
|