Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edib | |
Gənclər və idman naziri Azad Rəhimov 4 iyun 2013-cü il tarixdə Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Şirvan şəhəri, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak ediblər. Qəbul səhər saat 10:00-da Şirvan şəhər Mədəniyyət Mərkəzində başlanıb. Ümumilikdə qəbulda yuxarıda qeyd edilən şəhər və rayonlardan 40-dan çox vətəndaş iştirak edib. Müraciət edən vədəndaşlardan ən çoxu güzəştli ipoteka krediti almaq (12 nəfər) və idman sahəsində fəxri ad almaq üçün (10 nəfər) üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər. Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılaraq vətəndaşların müraciərlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib. Qəbuldan sonra nazir Azad Rəhimov Şirvan şəhərinin, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırqlar verib. |
|
Xəbər 1773 dəfə oxundu. |
|
|