Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
Tarix: 11.10.2003 | Saat: 12:41:00 | E-mail | Çapa göndər
- Əziz qubalılar!
- Əziz qusarlılar!
- Əziz xaçmazlılar!
Mən sizin hamınızı salamlayıram, bu görüşə gəldiyinizə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Sizin hamınızı burada istifadəyə verilmiş gözəl Olimpiya idman kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Mən bu gün kompleksin açılışında bizimlə bərabər iştirak edən qardaş Dağıstandan gəlmiş dostlarımızı - hörmətli Səid Camaloviç Qurbanovu və hörmətli Qurban Qurbanovu salamlamaq istəyirəm. Siz Azərbaycana xoş gəlmisiniz! Səid Camaloviç möhtərəm cənab prezidentimizin köhnə, çox etibarlı dostudur. Onlar 40 ildən çoxdur ki, dostluq edirlər, bir-biriləri ilə əlaqə saxlayırlar. Dəfələrlə görüşmüşlər, bütün məsələləri müzakirə etmişlər və əlbəttə ki, Azərbaycanla Dağıstan arasında, Azərbaycanla Rusiya arasında olan mehriban dostluq münasibətlərinin qurulmasında da onların müstəsna xidmətləri vardır. Fürsətdən istifadə edərək, bu işdə göstərdiyi xidmətlərə görə hörmətli Səid Camaloviçə öz təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.
Dağıstan və Azərbaycan xalqları daim birlikdə olublar, bir-birilərinə daim kömək ediblər. Bu, bütün dövrlərdə belə olubdur. Keçmiş dövrlərdə, - burada Qurban müəllim dedi ki, - Dağıstan xalqları üçün ən çətin dövr olan Böyük Vətən müharibəsi zamanı mənim babam Əziz Əliyev Dağıstana rəhbərlik edərkən böyük xidmətlər göstərib və mən dağıstanlılara minnətdaram ki, onun xidmətlərini unutmayıblar. Biz bütün dövrlərdə qardaş olmuşuq. Çox şadam ki, Azərbaycan, Rusiya müstəqil dövlət olandan sonra bu əlaqələr davam edir, genişlənir, güclənir. Əlbəttə ki, bu işdə Dağıstan Respublikası Dövlət Şurasının sədri hörmətli Məhəmmədəli Məhəmmədovun böyük xidmətləri var. Bizim cənab prezidentimiz və Məhəmmədəli müəllim daim ünsiyyət saxlayaraq, bütün məsələləri operativ şəkildə həll edirdilər. Bu fürsətdən istifadə edərək, mən Dağıstandan gələn nümayəndələrdən xahiş etmək istəyirəm ki, cənab Məhəmmədəli Məhəmmədova bizim ən xoş arzularımızı, səmimi salamlarımızı çatdırsınlar.
Bu gün Azərbaycanın idman həyatında çox əlamətdar bir gündür, Quba şəhərində yeni müasir Olimpiya idman kompleksi istifadəyə verilir. Bu, Azərbaycanda son illər ərzində bu istiqamətdə aparılan işlərin məntiqi davamıdır. Bilirsiniz ki, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində olimpiya kompleksləri tikilmişdir. Onların bir neçəsi son on gün ərzində istifadəyə verilmişdir. İndi isə Qubada tikilib istifadəyə verilmiş kompleksi də biz bu gün sizinlə bərabər açırıq. Bunlar nəinki idmanın, ümumiyyətlə, Azərbaycanın hərtərəfli inkişafı üçün çox mühüm işlərdir. Belə komplekslərin yaradılması gənclərimizi idmana daha da yaxınlaşdıracaqdır. İdmanla məşğul olmaq üçün gözəl şərait yaradılacaqdır. Bizim məqsədimiz budur. İstəyirik ki, Azərbaycanın hər bir uşağı, gənci idmanla məşğul olsun. Məşğul olmaq üçün də biz gözəl şərait yaradırıq və görürük ki, uşaqların idman bölmələrinə axını daha da sürətlənir. Gələcəkdə Azərbaycanda idman daha da kütləvi xarakter alacaqdır.
Mən dəfələrlə bəyan etmişəm və bu gün bir daha bildirirəm - Milli Olimpiya Komitəsinin əsas vəzifəsi budur ki, Azərbaycanda sağlam gənc nəsil yetişsin, sağlam gənclərimiz olsun. Bu istiqamətdə işlərimiz davam edəcəkdir.
Heç kəs üçün sirr deyil ki, idman hər bir ölkənin ictimai həyatında da mühüm rol oynayır, ölkəni tanıdır, xaricdə təqdim edir. Elə ölkələr var ki, onlar ancaq idmanda əldə olunan nəticələrə görə dünyada tanınırlar. Amma Azərbaycan dünyada həm də öz qədim tarixi, mədəni irsi, nailiyyətləri ilə tanınır. Öz lideri Heydər Əliyev ilə tanınır. O cümlədən, idmançılarımız da Azərbaycanı dünyada tanıdırlar. İdmançılarımızın beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qazandıqları yüksək nəticələr, əlbəttə, hər bir Azərbaycan vətəndaşını, o cümlədən Milli Olimpiya Komitəsinin prezidenti kimi məni də çox sevindirir.
Bu kompleks bir neçə vəzifəyə xidmət edəcəkdir. Bu, çox möhtəşəm bir kompleksdir. Burada həm qapalı idman salonu, qapalı hovuz, stadion, idman meydançaları, otel, kotteclər, digər infrastruktur yaradılıbdır. Yəni bu kompleks, eyni zamanda, bu bölgədə turizmin inkişafına xidmət göstərəcəkdir. Mən bilirəm ki, turizm baxımından bu bölgə, bu zona, xüsusilə, Quba şəhəri, rayonu çox məqbul bir yerdir. Buranın çox gözəl təbiəti var. Əgər bu bölgədə turizmin inkişafına nail ola bilsək, əlbəttə ki, bu, həm rayonun sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək, həm də yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Bizim məqsədimiz budur. Mən əminəm ki, gələcəkdə bu kompleks beynəlxalq mərkəz şəklini alacaqdır.
Baxmayaraq ki, kompleks yenicə açılır, amma mənə verilən məlumata görə, artıq müxtəlif ölkələrdən sifarişlər daxil olmağa başlayıbdır: həm idmançılar burada təlim-məşq toplantıları keçirmək istəyirlər, həm də burada istirahət etməyi arzulayan insanlar sifarişlərini göndərirlər. Görərsiniz, bu kompleks işə başlayandan sonra turistlərin, xarici ölkələrin nümayəndələri buraya gəlməyə başlayandan sonra, əlbəttə ki, rayonun bütün infrastrukturu bundan xeyir götürəcəkdir. Amma biz istəyirik ki, bu kompleksdən ilk növbədə yerli idmançılar, uşaqlar, gənclər çox səmərəli istifadə etsinlər. Əminəm ki, belə də olacaqdır. Heç kəs üçün sirr deyil ki, idman Azərbaycanda sürətlə inkişaf edir və respublikamız artıq aparıcı idman ölkələrinin birinə çevrilibdir. İdmanın inkişafı üçün ən mühüm amil odur ki, ölkədə sabitlik, inkişaf olsun. Bu sabitliyi Azərbaycana Heydər Əliyev siyasəti veribdir.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan çox böyük çətinliklərlə üzləşmişdi. Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi nəticəsində ölkəmiz dağılırdı. Xalqın tələbi ilə Heydər Əliyev rəhbərliyə gələndən sonra Azərbaycanda iqtisadi böhrana son qoyuldu və inkişaf başladı. Çox qısa müddətdə bu inkişaf bütün sahələrdə özünü açıq-aydın göstərdi.
Bu bölgənin inkişafı üçün tədbirlər planı hazırlanır. Tədbirlər planının tərkib hissəsi olaraq, yerli istehsal sahələrinin yaradılması nəzərdə tutulubdur. Bu yaxınlarda mən Xaçmaz rayonunda yeni, müasir standartlara uyğun şəkildə tikilmiş konserv zavodunun açılışında iştirak etmişdim. Bu gün buraya gələrkən Qubada bir neçə ildir ki, fəaliyyət göstərən konserv zavoduna baş çəkdim. Orada istehsal edilən məhsullarla tanış oldum və çox sevindim ki, Azərbaycanın mərkəzində yox, onun bölgələrində ən müasir müəssisələr tikilmişdir. Bu onu göstərir ki, Heydər Əliyev siyasəti Azərbaycana artıq böyük xeyirlər verir. Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, bu siyasət Azərbaycanda davam etdirilsin. Azərbaycan xalqı imkan verməməlidir ki, 1992-1993-cü illərdə iqtisadiyyatını dağıdan, təbii sərvətlərini talayan, ölkəmizdə vətəndaş müharibəsini başlayan, qardaş qanı tökən insanlar yenidən hakimiyyətə gəlsinlər. Bu, Azərbaycan xalqı, dövlətçiliyi, müstəqilliyi üçün böyük faciə ilə nəticələnə bilər. Azərbaycan xalqı bunu çox gözəl dərk edir. Çünki heç nə və heç kim unudulmayıbdır. O qara günləri heç kəs bir də yaşamaq istəmir.
Biz gələcək haqqında, gələcək nəsillər barədə düşünməliyik. Azərbaycanı daha da möhkəmləndirməliyik. Azərbaycan hər cəhətdən qüdrətli dövlətə çevrilməlidir və çevriləcəkdir. Bunu etmək üçün yeganə vasitə odur ki, Azərbaycanda Heydər Əliyevin siyasəti davam etdirilsin. Mən əminəm ki, həmişə olduğu kimi, yenə də Azərbaycan xalqı bu siyasəti dəstəkləyəcək və Heydər Əliyev siyasətinə səs verəcəkdir.
Mən son günlər ərzində Azərbaycanın, demək olar ki, bütün bölgələrinə getmişəm, vəziyyətlə tanış olmuşam. Əlbəttə, mənim arzum vardı ki, seçkilərə qədər Azərbaycanın hər bir rayonuna gedim. Lakin vaxt azlığından buna imkan olmadı. Amma o yerlərə ki getməmişəm, söz verirəm, seçkilərdən sonra həmin rayonlara gedəcəyəm. Yəni, qoy o rayonların camaatı məndən inciməsin, mən onlara da diqqət göstərəcəyəm. Sadəcə, vaxt azlığından gedə bilməmişəm. Azərbaycanın hər bir bölgəsi, yeri, rayonu mənim üçün əzizdir və doğmadır. Bu, Heydər Əliyevin siyasətidir, mən də bu siyasəti davam etdirəcəyəm.
Azərbaycanda sosial məsələlər öz həllini tarır. Bu istiqamətdə böyük işlər görülmüşdür. Maaşlar, pensiyalar artırılır, yeni məktəblər tikilir, xəstəxanalar istifadəyə verilir. Bu proses davam edəcəkdir.
Ölkəmizin iqtisadi potensialı güclənibdir. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanda güclü potensial yaranıbdır. Bu potensial gələcəkdə daha da güclənəcəkdir. Bu, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra baş verəcək, Azərbaycana daha böyük həcmdə vəsait daxil olacaqdır. İnsanlarımız daha da yaxşı yaşayacaqlar. Yeni iş yerləri açılacaqdır. İş yerlərinin açılması öncül məsələdir, buna böyük diqqət göstərilir. Son on gün ərzində bir neçə min iş yerinin açılması ilə əlaqədar mən müəyyən bölgələrdə tədbirlərdə olmuşam, yeni zavodların, fabriklərin açılışında iştirak etmişəm. Vaxtilə işləyən, sonradan fəaliyyəti dayanmış müəssisələrin bərpa olunması prosesini müşahidə etmişəm. Görürəm ki, Azərbaycanda iş yerlərinin açılması istiqamətində böyük tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir. Bunu etmək üçün, əlbəttə, sərmayə qoyulmalıdır. Bax, bu kompleksin, konserv zavodunun, digər infrastruktur obyektlərinin tikintisinə sərmayə qoyulubdur. Sərmayə o yerə qoyulur ki, sərmayədar orada özünü rahat hiss edir. O bilir ki, qoyduğu sərmayəyə gələcəkdə heç kəs göz dikməyəcəkdir. Əlbəttə ki, Azərbaycanda mövcud olan vəziyyət, sabitlik sərmayədarları daha da ruhlandırır. Ən önəmlisi budur ki, əgər onlarda gələcəyə inam olmasaydı, şübhəsiz, öz vəsaitlərini risk altında qoymazdılar, Azərbaycana sərmayə sərf etməzdilər.
Çox sevinirəm ki, sərmayələr qeyri-neft sektoruna qoyulur. Biz neft sektoruna sərmayə qoyuluşunu təmin etmişik. 1994-cü ildən bu işlə məşğuluq, nəticələr də göz qabağındadır. Qeyri-neft sektorunun inkişafı üçün, əlbəttə ki, buraya da sərmayə qoyulmalıdır. Biz Azərbaycana sərmayə gətirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Mən də sərmayədarların fikrinə şərikəm, mən də Azərbaycanın gələcəyinə inanıram. Mən də əminəm ki, Azərbaycanda bu sabitlik, ictimai-siyasi asayiş qorunacaq, ölkəmiz inkişaf edəcəkdir. Çünki Azərbaycan xalqının tələbi bundan ibarətdir. Əminəm ki, xalqımızın böyük əksəriyyəti oktyabrın 15-də öz seçimini edəcəkdir, Heydər Əliyev siyasətinə səs verəcəkdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs verməklə sabitliyə, sülhə, əmin-amanlığa, iqtisadi inkişafa, ölkəmizin gələcəyinə səs vermiş olacaqdır. Bizim hamımız istəyirik ki, Azərbaycan qüdrətli, zəngin dövlətə çevrilsin. Bunu etmək üçün bizdə bütün imkanlar, zəngin təbii sərvətlər var və bu sərvətlərdən indi səmərəli istifadə olunur. Azərbaycanın çox güclü insan potensialı var, peşəkar mütəxəssislər var və Azərbaycan rəhbərliyində qarşıda duran bütün məsələləri həll etmək üçün möhkəm iradə var. Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi zəngin, qüdrətli dövlətə çevirəcəyik.
Əziz bacılar və qardaşlar!
Əziz qubalılar!
Əziz xaçmazlılar!
Əziz qusarlılar!
Bu mərasimə gəldiyinizə görə, hamınıza öz təşəkkürümü bildirmək istəyirəm və sizi əmin edirəm ki, mən Heydər Əliyevin siyasi xəttinə sadiq olacağam. Heç bir qüvvə məni bu yoldan döndərə bilməz.
Yaşasın Heydər Əliyev!
Yaşasın müstəqil Azərbaycan!
Mən çıxışımın əvvəlində Dağıstandan gəlmiş qardaşlarımızı hörmətli Səid Camaloviçi, Qurban müəllimi salamladım. Bu gün bu tədbirdə Dağıstanın hörmətli rəhbəri, Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovun oğlu iştirak edir, mən onu da salamlayıram.

11 oktyabr 2003-cü il
Xəbər 2674 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru