15-16 fevral tarixlərdə Yevlax şəhər UGİM-də sərbəst və yunan-roma güləşi üzrə yeniyetmələr arasında Respublika birinciliyinin zona mərhələsi keçirilib. Zona birinciliyində Yevlax, Mingəçevir, Zaqatala, Balakən, Şəki, Qax, Bərdə, Ağdam rayonlarının komandaları mübarizə aparıblar. Qalib idmançılar Respublika birinciliyində iştirak hüququ qazanıblar.
|