Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin digər dörd oyunu keçiriləcək.
Premyer Liqanın daha üç təmsilçisi mübarizəyə start verəcək. "Şahdağ Qusar" "Qaradağ Lökbatan"ı, "Kəpəz" "Bakı Sportinq"i, "Kür-Araz" "Araz-Naxçıvan"ı, "Lerik" isə "Sumqayıt"ı qəbul edəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 noyabr (çərşənbə)
13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
13:30. “Kəpəz” – “Baku Sportinq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu.
15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Dalğa Arena”.
18:00. “Lerik” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”.
Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” 1/8 finala vəsiqəni təmin ediblər. Bu raundun digər görüşləri dekabrın 30-da oynanılacaq.
|