ABŞ-da yaşayan azərbaycanlı idmançı, MMA üzrə döyüş ustası Elgün Xanoğlanlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Open Fighting Championship” turnirində qələbə qazanıb.
O, “Renesans Hall”da tanınmış ukraynalı idmançı Roman Mayniçi məğlub edərək, arenaya Azərbaycan bayrağını gətirib.
Azərbaycanlı idmançı dünya və Avropa çempionu, bir çox başqa mötəbər turnirin qalibidir.
Qeyd edək ki, 1992-ci ildə Füzuli rayonunda doğulan Elgün Xanoğlanlı ABŞ-da 2016-cı ildən yaşayır. İdmana doqquz yaşında karatedən (Kyokuşinkaykan növü üzrə) başlayan kikboksçu 2009-cu ildən MMA döyüşçüsüdür. O, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədridir.
|