Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prezident İlham Əliyev xarici ölkələrin olimpiya komitələrinin rəhbərlərini qəbul edib
Tarix: 07.11.2012 | Saat: 20:14:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib
.
Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz, əziz dostlar. Sizi Azərbaycanda görməyimə çox şadam. Bu əlamətdar tədbirə gəldiyinizə və iştirak etdiyinizə görə təşəkkür edirəm.

Azərbaycan 20 ildir ki, Olimpiya ailəsinin üzvüdür. Biz bunu bu gün qeyd edəcəyik, faktiki olaraq bir neçə gün əvvəldən qeyd olunmağa başlayıb. Sizin bu tədbirlərdə iştirakınız bizim üçün çox əhəmiyyətlidir. Olimpiya ailəsinin üzvü olandan bəri beynəlxalq əlaqələrimiz sürətlə inkişaf etməyə başlayıb. İndi, 20 ildən sonra bizim artıq federasiyalarla, Olimpiya komitələri, beynəlxalq və Avropa Olimpiya komitələri ilə çox yaxşı əlaqələrimiz vardır. Biz Azərbaycanda bir çox mühüm tədbirlər - Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını, həmçinin çempionatlar, müxtəlif seminarlar, konfranslar, dünya kubokları yarışlarını keçirmişik. Bu yaxınlarda biz 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatı keçirmişik. Bizim artıq beynəlxalq tədbirləri təşkil etməkdə təcrübəmiz vardır. Biz Azərbaycanda daha çox və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik. Eyni zamanda, əminəm ki, siz həmkarlarınız tərəfindən ölkəmizdə idmanın inkişafı, idman infrastrukturu, beynəlxalq yarışlardakı nailiyyətlərimiz barədə məlumatlandırılacaqsınız. Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara münasibət yüksək səviyyədədir. Dövlət Proqramı idman və Olimpiya hərəkatının inkişafının bir çox aspektlərini əhatə edir. Cəmiyyətdəki ümumi əhval-ruhiyyə olduqca yüksəkdir. Sizlərdən çoxunuz əvvəllər Azərbaycana səfər etmisiniz. Mən burada bir çox köhnə dostlarımı görürəm. Bildiyimə görə, sizin bəziləriniz ölkəmizə ilk dəfədir səfər edir. Əminəm ki, burada baş verənləri görmək və dostlarınızla bir neçə gün keçirmək maraqlı olacaqdır. Bir daha xoş gəlmisiniz. Bugünkü tədbirdə iştirakınıza görə sizə bir daha təşəkkür etmək istərdim. Mən sizə ən xoş arzularımı bildirirəm, ölkələrinizə, təmsil etdiyiniz ölkələrin idmançılarına uğurlar arzu edirəm.

Sonra Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej KRASNİCKİ çıxış edərək Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubiley tədbirlərinə dəvətə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq Olimpiya hərəkatı üçün çox mühüm hadisədir. Çünki cəmi iki onillikdə Azərbaycanda Olimpiya hərəkatı çox geniş vüsət alıb. Polşalı qonaq Azərbaycan idmançılarına yeni-yeni uğurlar arzuladı.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Gazdar Mohammad SALEH Federasiyanın prezidenti Şahzadə Nəvaf bin Fəyzal bin Fəth bin Abduləzizin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Beş il əvvəl ölkəmizdə səfərdə olduğunu deyən Gazdar Mohammad Saleh o vaxtdan keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu bildirdi. Daha sonra qonaq Azərbaycan dövlətinin başçısı ilə London Olimpiya Oyunları zamanı görüşünü xatırlatdı və həmin oyunlarda ölkəmizin idmançılarının əldə etdiyi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etdi.

Sloveniya Olimpiya Komitəsinin rəhbəri Janez KOÇİJANÇİÇ yubiley tədbirlərində iştirakdan məmnun olduqlarını vurğuladı. O, qısa zamanda ölkəmizin Olimpiya hərəkatında əldə etdiyi uğurları yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycanın Olimpiya Oyunlarındakı nailiyyətləri bütövlükdə Avropada idmanın inkişafına bir töhfədir.

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

AzərTAc

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2515 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru