Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Zemfira Meftahətdinovaya Beynəlxalq Olimpiya Komitəsinin "Woman Sport" mükafatı təqdim olunub
Tarix: 31.05.2023 | Saat: 09:00:00 | E-mail | Çapa göndər
Mayın 31-də Azərbaycanın Olimpiya çempionu, Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

MOK-un inzibati binasında təşkil olunan tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, digər rəsmilər, Gənclər və İdman Nazirliyinin, həmçinin, müxtəlif federasiyaların nümayəndələri və idmançılar iştirak ediblər.

Əvvəlcə yubilyarın idmançı karyerasını əks etdirən, ölkə xaricindən olan şəxslərin və MOK əməkdaşlarının təbriklərinin yer aldığı videoçarxlar nümayiş olunub.

Tədbirdə ilk çıxış edən Çingiz Hüseynzadə bildirib ki, Zemfira Meftahətdinova bütün dünyada sevilir. Vitse-prezident yubilyarın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən "Woman Sport" mükafatı ilə təltif olunduğunu qeyd edib. Ç.Hüseynzadə həmin mükafatı Zemfira Meftahətdinovaya təqdim edib.

Ardınca nazir Fərid Qayıbov çıxışında Zemfira Mehtafətdinovanın Azərbaycanın ilk qadın Olimpiya çempionu olduğunu qeyd edərək deyib: “Zemfira xanımla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandır, müstəqil Azərbaycanın ilk qadın Olimpiya çempionudur. İstərdim ki, onun qızı da Olimpiya çempionu olsun. Zemfira xanımın çalışdığı sahədə də nailiyyətlərinin davam edəcəyinə inanıram”.

Bundan başqa, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, stend atıcılığı üzrə məşqçi Nazim İbrahimov, Əməkdar məşqçi İsmayıl İsmayılov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov da çıxış edərək, Zemfira Meftahətdinovanı təbrik ediblər.

Sonda çıxış edən yubilyar tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandırıb. Göz yaşlarını saxlaya bilməyən Z.Meftahətdinova qazandığı nailiyyətlərə görə, məşqçilərinə minnətdarlığını bildirib: "Mənim idmançı və bir insan kimi formalaşmağımda məşqçimin əməyi böyük olub. Burada əyləşənlərin hər biri mənim üçün əzizdir. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Onların bu sahəyə qayğısı idmançılarımızın uğur qazanmasında müstəsna rol oynayır".
Xəbər 121 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru