Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“V1 Challenge” Bakı kuboku keçirilib
Tarix: 28.11.2022 | Saat: 10:20:00 | E-mail | Çapa göndər
Noyabrın 27-də Dövlət Bayrağı Meydanında avtomobil yarışlarından biri – “V1 Challenge” seriyalarından olan yarış və drift-şou keçirilib.

Böyük marağa səbəb olan “V1 Challenge” Bakı kuboku Azərbaycan Avtomobil Federasiyanın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə reallaşıb.

Avtoidman tədbirində “Volkicar”ların yarışı və drift avtomobillərin nümayişi təşkil edilib.

“Volkicar” maşınlarının iştirakı ilə keçirilən yarış isə təsnifat və final mərhələlərindən ibarət olub.

“Volkicar”larda yerli pilotlar müxtəlif yaddaqalan və həyəcanla izlənilən manevrlərlə birincilik uğrunda mübarizə aparıblar.

Gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalan yarışda 12 pilot öz məharətini göstərib.

Bakı kuboku tamaşaçılara yüksək sürət və heyrətləndirici dinamika ilə avtoidman həyəcanı yaşadıb. Buna yarışda iştirak edən pilotların bacarığı və "Volkicar"ların texniki imkanları şərait yaradıb. Belə ki, “Volkicar” yarış maşınlarının mühərriki 115 at gücündədir və 5 saniyədə 100 kilometr-saat sürət yığa bilir.

Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Münsiflər heyətində tanınmış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunub.

“V1 Challenge” Bakı kubokunda ən yaxşı vaxt nəticəsini göstərən altı pilot finala vəsiqə qazanıb. Yarışda birinci yeri Elçin Həsənov, ikinci yeri Murad Həsənov, üçüncü yeri isə Adil Axundov tutub.

Finalda ilk üç yerə sahib olan qaliblərə kubok və sertifikatlar təqdim olunub.

Mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. Drift-şou pilotlarına isə sertifikatlar verilib.

“V1 Challenge” Bakı kuboku yarışının qalibi Elçin Həsənov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Çox gərgin şəraitdə birincilik uğrunda keçən mübarizədə qalib gəldim. Burada peşəkar sürücülər yarışırdı. Birinci yeri qazanmaq çətin idi. Çünki digər pilotlar məni ötmək istəyirdilər. Yarışda sürəti düzgün seçmək, döngələri yaxşı kəsmək lazım idi ki, yarışın qalibi olasan. Mən bunu etməyi bacardım.

Bundan əvvəl Gəncədə “Volkicar”ların yarışlarında iştirak etmişəm. Bu gün isə Bakıda yarışa qatıldım və finişə birinci çatdım. Yarışın təşkilatçılarına belə gözəl şərait yaratdıqları üçün minnətdarlığımı bildirirəm”.

İkinci yerin sahibi Murad Həsənov deyib: “Çox həyəcanlıyam. Mənim üçün fəxri kürsünün ikinci pilləsində yer almaq gözlənilməz nəticə oldu. Burada peşəkar pilotlar iştirak edirdilər. Təşkilati dəstək göstərən bütün qurumlara təşəkkür edirəm”.

Murad Həsənov avtomobil idmanı ilə 14 yaşından məşğul olduğunu, bu məşğuliyyətin onun həyat tərzinə çevrildiyini vurğulayıb: “Bu idman növünə çoxdan maraq göstərirəm. Kartinqdən başlayaraq digər yarışlarda iştirak etmişəm. Almaniya və başqa xarici ölkələrdə kurslar keçib, hazırlığımızı artırırıq. Bizə potensialımızı üzə çıxarmaq üçün geniş imkanlar yaradan Azərbaycan Avtomobil Federasiyasına minnətdarıq. Yarış yüksək səviyyədə təşkil edilib. İstəyirik ki, belə peşəkar yarışlar gələcəkdə Azərbaycanda tez-tez keçirilsin və biz də yarış təcrübəmizi daha da artıraq. Biz pilotlara dəstək olsunlar ki, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edərək bayrağımızı yüksəklərə qaldıraq”.

Mükafatçılardan biri Adil Axundov isə fikrini belə ifadə edib: “Yarışın təşkilində əməyi olan hər kəsə və qurumlara dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, gələcəkdə belə gözəl tədbirlər çox təşkil olunacaq. Çünki Azərbaycanda avtomobilləri sevən, bu avtoidmanla məşğul olmaq istəyən həvəskar pilotlar çoxdur. Başqa idman növlərində böyük nailiyyətlərimiz olduğu kimi, əminəm ki, gələcəkdə avtoidman yarışlarında da uğurlarımız daha çox olacaq. Əvvəllər Azərbaycanda və Türkiyədə keçirilən kartinq yarışlarında, bu yaxınlarda isə Gürcüstanda çempionatda iştirak etmişəm. Yəni bu işlə peşəkarcasına məşğul oluram”.

“Volkicar"ların yarışında iştirak edən digər pilot Rəhim Orucov yüksək səviyyədə təşkil olunan belə bir yarışa görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirib. O qeyd edib ki, burada pilotların bacarıqlarını göstərməsi üçün onlara hərtərəfli şərait yaradılıb. Yarışdakı könüllülərə, marşallara, bizə dəstək olmaq və yarışı izləməyə gələn azarkeşlərə bütün pilotların adından təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, buna qədər ölkəmizdə “V1 Challenge” seriyasından bir neçə yarış təşkil olunsa da, “V1 Challenge” Bakı kuboku ilk dəfə keçirilir.

Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafina yönəlib.

Azərbaycan Avtomobil Federasiyası bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr reallaşdırıb.
Xəbər 197 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru