Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb
Tarix: 24.10.2022 | Saat: 17:30:00 | E-mail | Çapa göndər
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, mükafatların ödənilməsinə başlanılıb.

ümumilikdə, 188 idmançı, 94 məşqçi və idman mütəxəssisini əhatə edən mükafatlandırma qaydalarında bir sıra yeniliklər tətbiq olunur. Yeniliklər idmançıların motivasiyası və onların nəticələrinin qarşıdakı illərdə də yüksəldilməsinə xidmət edir. Buna görə də, əsas yenilik idmançıların hazırlığında rolu olan hər kəsin mükafat almasıdır. Təkcə məşqçilər deyil, eyni zamanda, idmançıların yarışlara hazırlığı prosesində əməyi olan digər mütəxəssislər (həkim, fizioterapevt, menecerlər) və eləcə də həmin yarışlarda ölkəmizi təmsil etmiş hakimlərə də mükafat müəyyən edilib. İdmançıların qazandığı medalın əyarından asılı olmayaraq, həmin mütəxəssislər 10 min manat məbləğində mükafatlandırılacaqlar.

Digər yenilik odur ki, baş məşqçi, şəxsi məşqçi, köməkçi məşqçi və ya digər mütəxəssislər yalnız bir vəzifə üzrə mükafat alacaqlar. Milliləşdirilmiş idmançıların əldə etdiyi ən yüksək nəticələrə görə onların şəxsi məşqçiləri mükafatlandırılmır. Komanda yarışlarında ən yüksək nəticələrə görə baş məşqçi və köməkçi məşqçilər komandanın tutduğu yerdən asılı olaraq, fərdi idman növlərində baş məşqçi və köməkçi məşqçilərlə eyni məbləğdə mükafatlandırılırlar.

Daha bir yenilik idmançılara verilən mükafatların hissə-hissə ödənilməsidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, idmançıların böyük məbləğdə mükafatı bir dəfəyə alması bəzi hallarda onların idmançı karyerasını davam etdirməsinə marağı azaldır. Buna görə də onları sonrakı illərdə aktiv idman karyeralarını davam etdirməyə sövq etmək məqsədilə idmançılara verilən mükafatlar mərhələli şəkildə 3 il ərzində ödəniləcək. Mükafat, eyni zamanda, idmançıların bundan sonrakı idman karyerasına dəstək üçün verilir. İdmançılar üçün nəzərdə tutulan mükafatın 40 faizi 2022-ci ildə, 30 faizi 2023-cü ilin 4-cü rübündə, qalan 30 faizi 2024-cü ilin 4-cü rübündə ödəniləcək. İdmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq olunduğu halda mükafat verilməyəcək.

İdmançılar və məşqçilər üçün nəzərdə tutulan mükafatların ödənilməsi 2 kateqoriya üzrə tənzimlənir. Fərdi yarışlarda qazanılan nəticələrə görə, birinci yer üçün mükafat 70 min manat, ikinci yer üçün 50 min manat, üçüncü yer üçün 30 min manat müəyyən edilib. Cütlük, üçlük və ya komanda hesabı proqramı üzrə medal qazanan idmançılar arasında mükafatın məbləği onların sayına uyğun olaraq, bərabər şəkildə bölünür.

Komanda idman növlərində verilən mükafat bir medala görə müəyyənləşdirilərək bölündüyü üçün və bu halda idmançılara düşən məbləğ nisbətən az olduğundan komanda üzvlərinə ayrılan mükafat fərqli yanaşma ilə nəzərə alınıb. Basketbol (3x3), bədii gimnastika (qrup hərəkətləri üzrə komanda) həndbol, futbol və voleybol idman növləri üzrə qazanılan medallara görə, komandanın hər bir üzvünə birinci yer üçün 40 min manat, ikinci yer üçün 30 min manat, üçüncü yer üçün isə 20 min manat ödənilir.

Daha bir yenilik, bölgü zamanı əldə edilən uğurun çətinliyinin nəzərə alınmasıdır. Rəqabətin az olduğu çəki dərəcələrində medal qazanmış idmançılara verilən mükafat 5 min manatdır.

Sonda idmançılarımızı və məşqçi-mütəxəssislərimizi bir daha təbrik edir və onlara qarşıdakı yarışlarda yeni uğurlar arzulayırıq.
Xəbər 207 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru