Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Badminton uşaq bağçası” layihəsinin təqdimat mərasimi keçirilib
Tarix: 27.09.2022 | Saat: 06:13:00 | E-mail | Çapa göndər
Sentyabrın 26-da Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) birgə əməkdaşlığı çərçivəsində Bakı Fransız Liseyində “Badminton Uşaq Bağçası” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə SOCAR-ın vitse-prezidenti, ABTM-in sədri Xalik Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib. Layihənin keçirilməsində məqsəd bağça uşaqlarında erkən yaşlarda (3-6 yaş) badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək və istedadı olan uşaqları vaxtında müəyyən etməkdir.

“Badminton uşaq bağçası” layihəsi Bakı Fransız Liseyi ilə yanaşı Azərbaycan Britaniya Kollecində də tətbiq olunacaq. Azərbaycan Badminton Federasiyası layihə çərçivəsində Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecini inventar və təlimçilərlə təmin edəcək.

Azərbaycan Badminton Federasiyasının dəstəyi ilə Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecində yaradılan badminton bölmələrində, bütün yaş kateqoriyaları üzrə məktəblilər üçün də bu idman növü üzrə STEM və STEAM əsaslı təlim-məşq prosesi interaktiv şəkildə təşkil olunacaq.

Layihə çərçivəsində “Virtual reallıq” proqramı vasitəsilə uşaqlara badmintonun idman nəzəriyyəsi təqdim olunacaq. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsilə bağça uşaqlarına öz həmyaşıdları ilə virtual formada badminton oynamaq imkanı qazandırır ki, bu da nəticə etibarı ilə uşaqlarda nəzəri və praktiki biliklər formalaşdırmış olur.

Tədbirin sonunda Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

Layihə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) 2012-ci ildə beynəlxalq təhsilin Azərbaycanda inteqrasiyasına dəstək üçün SOCAR tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır. Təşkilatın Bakı şəhərində fəaliyyət göstərən iki beynəlxalq məktəbi, Bakı Fransız Liseyi təhsil kompleksi və Azərbaycan Britaniya Kolleci təhsil kompleksi 10 ilə yaxındır ki, çox uğurla fəaliyyət göstərir.

2013-cü ildən fəaliyyət göstərən Bakı Fransız Liseyi bağça, ibtidai məktəb, kollec və liseydən ibarətdir. Burada məktəbəqədər və məktəb yaşlı 202, o cümlədən 14 millətdən olan 85 xarici uşaq təhsil alır.

Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlayıb. Hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən 730 şagirdə xidmət göstərməkdədir.
Xəbər 302 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
09.02.2024 "Azerbaijan International 2024": Azərbaycanın daha bir təmsilçisi 1/8 finala yüksəlib
30.12.2023 Badminton üzrə Azərbaycan çempionatında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib
10.12.2023 Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb
09.12.2023 Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində
08.12.2023 Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb
08.12.2023 Azərbaycan badminton millisi Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə başlayıb
09.11.2023 Türkdilli dövlətlərin beynəlxalq badminton turnirinə yekun vurulub
28.08.2023 Badmintonçumuz beynəlxalq turnirdə qızıl medal qazanıb
22.08.2023 Badmintonçumuz dünya çempionatına qələbə ilə başlayıb
21.08.2023 Azərbaycan universitetlərinin birləşmiş komandası Saratov Dövlət Universitetinə qalib gəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru