Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Xatirələrin həzinliyi və ya müsyo prezident üçün qutablar
Tarix: 15.03.2011 | Saat: 19:47:00 | E-mail | Çapa göndər

1-ci yazı
Ümumdünya futbol assosiasiyasına 22 il, ona qədər isə əsrin dörddə birinə bərabər olan müddətdə Braziliya Futbol Konfederasiyasına prezidentlik etmiş Joao Avelanj barədə belə bir fikir var ki, guya o, bir qədər yumşaq desək, futboldan yaxşı baş çıxarmır, keçmiş üzgüçü, vaterpolçu olduğu üçün daha çox suya, nəinki torpağa mənsub olan bir varlıqdır. Amma mən üzərimə belə bir cəsarəti götürərək iddia edirəm ki, bu fikrin heç bir real zəmini yoxdur. Bir vaxtlar planetimizin ən başlıca futbolçusu - 88 yaşında zəkasının aydınlığını, sağlam düşüncə tərzini, şux qəddini və qırğı baxışlarını, azacıq qıpıq yaşılımtıl iri gözlərindəki nikbinliyi və insanı heyrətə gətirən tükənməz yaddaşını saxlayan Belçika mənşəli braziliyalı biznesmenlə mənim tanışlığımın arada 5-7 illik interval olan cəmi-cümlətanı 3 müsahibə ilə məhdudlaşmasına baxmayaraq, onun haqqında deyilənləri, ümumiyyətlə boş söhbət sayıram.
Birinci müsahibənin tarixi 1978-ci il, coğrafi məkanı Buenos Ayresdir və o, "River pleyt" stadionunda keçirilən dünya çempionatının final matçı ilə markalanıb. Olmazın çətinliklər və xeyli sərgüzəştlərdən sonra FİFA-nın Qızıl kuboku uğrunda mübarizədə üz-üzə qalan Argentina və Hollandiya yığmaları meydanda artıq oyunqabağı isitmə hərəkətlərini başa çatdırmaq üzrə idilər və bu vaxt mətbuat üçün ayrılmış lojaya kiminsə atdığı "İndicə o buraya təşrif gətirəcək..." ifadəsi yayıldı. Bu vaxt turniketin qarşısında Beynəlxalq Futbol Federasiyası prezidentinin iri, koloritli fiquru görünməsəydi, hər üç-dörd nəfərə dili düz-əməlli bilməyən bir tərcüməçi təhkim olunmuş biz idman yazarları söhbətin kimdən getdiyini öyrənmək üçün hələ çox o yan-bu yana boylanacaqdıq.
Cəlbedici təbəssümündən və pencəyinin yaxasının açıq olmasından belə başa düşmək olardı ki, prezidentin ovqatının xoş vaxtıdır və bu vəziyyətdə, obrazlı desək, müsahibə üçün ən yaxşı obyektdir. Belə olmasaydı, bir hökmlü hərəkətlə cangüdənini - üzünə ömürlük olaraq şübhə maskası çəkilmiş qaradərili yekəpər oğlanı kənara çəkib, mətbuat lojasındakı jurnalistlərə tərəf addımlamazdı. Görünür, bu, Allahın hökmü idi ki, həmin anda ona ən yaxın olan sizin itaətkar qulunuz oldu. Və belə bir məqamdan istifadə etmək üçün fürsəti fövtə vermədim; amma onu da unutmamışdım ki, ingilis dili üzrə bilgim dəhşətli dərəcədə məhdud idi.
- Bakı? - Joao Avelanj anlaşıqsız tərzdə bir daha soruşdu və qaşı bu vaxt aramla yuxarı qalxdı. - Bu nə olan şeydir? Bu sözlərdən sonra dönüb getmək istədi, amma növbəti sualım onu dayandırdı, üzündən böyük maraq oxunurdu:
- A-a.., mister Baxramov? Laynsmen? Referi?! - Sonra bir neçə dəfə təkrar etdi: - Veri qud! Veri qud!.. Siz onunla tanışsınızmı? Hətta dostluq edirsiniz?! Rica edirəm, mənim salamlarımı ona yetirin. Əminəm, əgər onun "Uembli"də son dərəcə qəti qərarı olmasaydı, yəqin ki, futbol sönükləşərdi, məhv olardı, - və məntiqinə görə gözlənilməz bir dönüş, - və biz də sizinlə burada görüşməzdik...
İkinci görüşüm 7 il sonra Bakıda oldu. Futbol məsələləri ilə əlaqəli bütün dünyanı gəzməsi ilə öyünən Joao Avelanjı Bakıya yeniyetmələrin dünya birinciliyinin seçmə turniri gətirmişdi. O vaxt mən, Azərbaycan İdman Jurnalistləri Federasiyasının sədri kimi, çempionatın mətbuat mərkəzinə rəhbərlik edirdim və SSRİ İdman Komitəsindən bu barədə xəbəri ilk olaraq alanlardan biri də mən idim. Həm də açıqca əlavə etmişdilər: "Müsye Avelanj sizə Ermənistandan uçacaq (bizdə olduğu kimi, orada da qrup turniri keçirilirdi). Aeroportda qarşılanma mərasimi yüksək səviyyədə olmalıdır. Amma bu məsələ sizlik deyil". Bir qədər sonra Moskvadan bir tanışım zəng etdi. Futbolla əlaqəsi olmayan qurumda çalışan həmin adam ifadələrində tam sərbəstliyə yol verməklə, Yerevanda prezidentin yaxşı qəbul olunmadığından şikayətlənərək eyhamla bildirdi:
- Biz, əlbəttə, öz xəttimizlə müvafiq göstərişlər vermişik, amma başa düşürsən, bizim idman bosslarından fərqli olaraq, Joao Avelanj qələm əhlini çox sevir və onlarla böyük həvəslə görüşür. Çalış sizin mətbuat mərkəzi üzünüzü qara etməsin. Ermənistanda, təsəvvür elə, adi bir brifinqi normal təşkil edə bilmədilər.
Dəstəyi yerinə qoyan kimi, eşitdiklərimi bölüşmək və razılıq əldə etmək üçün təşkilat komitəsinin rəhbərlərindən kimisə axtarmağa getdim. Bəxtim gətirdi ki, qarşıma çıxan təşkilat komitəsinin ən düşüncəli rəhbərlərindən biri oldu. Bir-iki kəlmə ilə mətləbi anlatdım və öz mülahizələrimi çatdırdım. Bir-iki dəqiqə ərzində nə edəcəyimizi razılaşdırdıq. Başa düşərsiniz ki, məni FİFA prezidentinin dövlət səviyyəsində necə qarşılanacağından daha çox, ondan eksklüziv müsahibə almağın mümkünlüyü, buna ola biləcək etirazlar daha çox düşündürürdü. "Siz bütün bunları təhlükəsizlik xidməti ilə razılaşdırın, - müsahibim bu istəyimin baş tuta biləcəyinə qarşı heç bir şübhə irəli sürmədən ağıllı məsləhət verdi. - Həm də ilk növbədə cənab Avelanjın şəxsi mühafizəsi ilə".
Dərhal Yerevana zəng edib, oradakı mətbuat mərkəzində həmkarlarımdan xahiş etdim ki, FİFA prezidentinin mühafizə xidmətinin şefi ilə məni calaşdırsın. Elə həmin günün axırı instansiya üzrə məlumat verdim: "no problems".
Məsləhət belə oldu ki, rus və ingilis dillərində çap olunmuş bütün press-bülletenləri, hər ehtimala qarşı, fransız dilinə tərcümə etdirim. Dedilər ki, Joao Avelanj bəzi hallarda Dümanın dilinə Bayronun dilindən daha çox üstünlük verir.
Məsələnin heç bir çətinliyi yox idi. Biz bundan da artığını etdik - ingilis dilindən tərcümə edəndən başqa, fransız dili tərcüməçisini cəlb etdik, hələ üstəlik, portuqal dilinin əsaslarını bilən, ispanca danışan bir gənc də tapdıq (təsəvvür edin, hansı çətinliklər hesabına): fikirləşdik ki, əgər planetin ən başlıca futbol adamı öz ana dilində danışmaq istəsə, heç bir narahatlığı olmasın.
Xəbər 2386 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2022 Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
18.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
10.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru