Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Respublika Velotrekinə gənclər üçün növbəti infotur təşkil olunub. İnfoturda Nəsimi, Binəqədi və Yasamal rayonlarının gəncləri iştirak ediblər.
30-dək gəncin qatıldığı tur zamanı Respublika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin əməkdaşı Səhər Mehman velosiped idman növü, təhlükəsizlik qaydaları, həmçinin federasiyanın fəaliyyəti haqda məlumat veriblər.
Gənclər yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olublar. Onlar peşəkar idmançıların məşqlərini izləyib, mütəxəssislərin nəzarətində velosiped sürüblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd olunub ki, Respublika Velotrekinə müxtəlif gənclər təşkilatlarının üzvləri üçün davamlı olaraq infoturlar təşkil olunur.
|