Beşinci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi həndbol millisinin rəqibi olan Türkiyə yığmasının heyəti açıqlanıb.
Türkiyə millisi baş məşqçi Okan Halayın rəhbərliyi altında 23 nəfərlik heyətlə Ankaradakı Həndbol Federasiyasının idman kompleksində məşqləri davam etdirir.
Heyətdə qapıçılar - Coşkun Göktəpə, Enis Yatkın, Hüseyin Bərəkət, sol cinah oyunçuları - Samet Kamberoğlu, Enis Harun Hacıoğlu, sol oyun qurucuları - Baran Nalbantoğlu, Gənco İlanç, Fatih Çalkamış, Ali Əmrə Babacan, Sedat Yıldırım, orta oyun qurucuları - Gökay Bilim, Atakan Şirin, Eray Karakoç, Tolqa Aşçı, sağ oyun qurucuları - Doğukan Sarısoy, Ömür Pəhlivan, Durmuş Ali Tınkır, Cemal Kütahya, sağ cinah oyunçuları - Doğukan Kəsər, Şevkət Yağmuroğlu, pivot - Əmrə Engin, Alpər Aydın və İlkan Kələşoğlu yer alıblar.
Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında həndbol yarışları avqustun 7-də başlayacaq. Avqustun 13-də yarımfinallar, bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək. Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq. A qrupunda isə Səudiyyə Ərəbistanı, Qətər və Mərakeş yarışacaq.
|