Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
BP Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlığını davam etdirəcək
Tarix: 30.06.2022 | Saat: 10:40:00 | E-mail | Çapa göndər
BP şirkəti Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlığının müddətini uzatdığını elan edib. İlkin tərəfdaşlıq sazişi “London-2012” Yay Olimpiya və Paralimpiya oyunlarından əvvəl imzalanıb və bu sazişin müddəti üç dəfə - 2013-cü, 2016-cı illərdə və indi isə 2024-cü ilədək uzadılıb. Bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə iki komitə ilə sıx əməkdaşlıq üçün geniş imkanlar yaradıb.

iyunun 30-da Bakıda sazişin uzadılması mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə imzalanan yeni müqavilənin ölkəmizdə Olimpiya hərəkatının inkişafına mühüm təsir göstərəcəyini deyib: “Olimpiya hərəkatının əsasında duran iki əsas məsələdən biri konüllülərin, digəri isə tərəfdaşların fəaliyyətidir. Məhz bu iki istiqamətdəki fəaliyyət Olimpiya hərəkatını daha da möhtəşəm edir. Biz Azərbaycanın biznes strukturları ilə birgə əməkdaşlıqdan məmnunuq. İnanıram ki, bu saziş Azərbaycan idmanının inkişafına töhfə verəcək”.

Üç qurum arasında əməkdaşlığın 11 il sıx və faydalı davam etdiyini diqqətə çatdıran Ç.Hüseynzadə bildirib ki, BP olimpiyaçı və paralimpiyaçılar üçün xüsusi təqaüdlər təsis edib. Bu il Azərbaycan – Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının və MOK-un yaradılmasının 30 illiyi qeyd olunur. Ümid edirəm ki, komitənin 30 illiyinə həsr olunmuş tədbirdə BP məğrur tərəfdaşımız kimi çıxış edəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov çıxışında sazişin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına təkan verəcəyini bildirib.

Vurğulayıb ki, 10 ildən artıqdır BP şirkəti ilə əməkdaşlıq davam etdirilir: “Bu müddət ərzində birlikdə müxtəlif sosial layihələr, ölkəmizin ev sahibliyi etdiyi paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları, uşaq Paralimpiya hərəkatı ilə bağlı keçirilən müxtəlif tədbirlərdə hər zaman BP şirkətinin bizimlə birlikdə olduğunu görmüşük və bundan çox məmnunuq”.

“Milli Paralimpiya komandası “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Məqsədimiz qarşıdan gələn “Paris-2024” Yay Paralimpiya Oyunlarında bu nəticəni ən azı təkrarlamaqdır. Növbəti Paralimpiya Oyunlarına hazırlıq ərəfəsində, qarşıdan gələn beynəlxalq yarışlarda da BP şirkəti ilə aramızda olan münasibətlər bundan sonra da genişlənərək daha da inkişaf edəcək”, - deyə AMPK rəsmisi əlavə edib.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli MOK-u yaranmasının 30 illik yubileyi münasibətilə təmsil etdiyi qurumun adından təbrik edib.

Bildirib ki, BP şirkəti də Azərbaycanda məhz bu qədər vaxtdır ki, fəaliyyət göstərir. Ötən 30 il ərzində biz yerli idmanın inkişafı və yüksək səviyyəli tədbirlərdə uğurla iştirak etmək üçün imkanların yaradılması məqsədilə Azərbaycanda idmana dəstək verən bütün digər tərəflərlə səylərimizi birləşdirmişik.

“İndi isə milli Olimpiya və Paralimpiya komandaları ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Çünki onlar növbəti Olimpiya və Paralimpiya oyunlarında daha da böyük uğura can atırlar. Faktiki olaraq, Azərbaycan yeganə ölkədir ki, BP burada həm Olimpiya, həm də Paralimpiya hərəkatlarını dəstəkləməyə davam edəcək. Bu, BP-nin ölkənin davamlı inkişaf səylərini dəstəkləməyə və ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə sərmayə qoymağa davam etmək öhdəliyini əks etdirir”, - deyə B.Aslanbəyli əlavə edib.

Tərəfdaşlıq sazişini MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMPK-nin rəhbəri İlqar Rəhimov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, baş katib Azər Əliyev, olimpiyaçılar və tanınmış idmançılar iştirak ediblər.

Sonda “Olimpiya mədəniyyəti və təhsil proqramı”nın məktəbliləri və İncəsənət Gimnaziyasının tələbələri konsert proqramı ilə çıxış ediblər.
Xəbər 432 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru