İyunun 30-da “bp Eksploreyşn (Kaspian Si) Limited” şirkəti (bp), Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) arasında yerli tərəfdaşlıq haqqında saziş imzalanıb.
Müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMPK-nin rəhbəri İlqar Rəhimov və bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, baş katib Azər Əliyev, olimpiyaçılar və tanınmış idmançılar ıştirak ediblər.
|