Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Könül Nurullayeva: Milli komandamızın Avropa çempionatında qalib gəlməsi idman ölkəsi kimi uğurlarımızın davamıdır
Tarix: 16.06.2022 | Saat: 09:56:00 | E-mail | Çapa göndər
Azərbaycan bu gün regional məsələlərin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi mərkəz olmaqla yanaşı idman ölkəsi kimi də mövqelərini möhkəmləndirir. Milli komandamızın Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatında qalib gəlməsi idman ölkəsi kimi qazandığımız uğurların davamıdır.

Dövlətimizin başçısı komandamızın üzvlərini Slovakiyada möhtəşəm qələbədən sonra qəbul etdi. Azərbaycan Prezidentinin də qeyd etditi kimi, ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Ancaq minifutbol idman növü, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri məhz komanda özü qazanıb. Burada isə təbii ki, komanda ruhu və vətənpərvərlik hissi əsas rol oynayır.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat vurğulayıb ki, dövlətimizin başçının nitqində gənclərə və idmançılara ünvanlanan ən vacib mesajlardan biri də “əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar” tezisi idi. Milli komandamız böyük uğur əldə edərək bayrağızmızı növbəti dəfə qaliblər sırasında ucaltdı. Biz bütün uğurlarımıza həm də Vətən naminə, dövlətçilik və milli maraqlar naminə imza atırıq. Çünki əldə olunan bütün uğurlar nəticə etibarı ilə Azərbaycanın qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. Təbii ki, bu qələbə gənc nəsil, gənc idmançılarımız üçün üçün yeni stimul və yeni hədəflərdir.

“Azərbaycan həm də beynəlxalq idman yarışlarına uğurlu ev sahibliyini davam etdirir. Bakı növbəti dəfə dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula 1-ə ev sahibliyi etdi, Formula 1-i keçirməklə Azərbaycan ən yüksək səviyyəli turnirləri nümunəvi təşkil etməyə qadir olduğunu bir daha təsdiqlədi.

Bakı Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir. 2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən dinamik nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib. Hər il olduğu kimi, bu il də təşkilatçılıq ən yüksək səviyyədə idi. Dünyanın nüfuzlu KİV-in paytaxt Bakıdan hazırladığı reportajlardan da aydın görünürdü ki, mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadıb. Builki yarışlar həm də canlı tamaşaçıları ilə diqqət çəkdi. Çünki pandemiya səbəbindən ötən il Formula 1 tamaşaçısız təşkil olunmuşdu. Yarım milyarda yaxın tamaşaçı auditoriyası olan Formula 1 bu göstərici ilə tamaşaçı sayının çoxluğuna görə futboldan sonra ikincidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Bu, həm də Azərbaycanın dünyaya təqdimatıdır. Ölkəmizin nüfuzunun artması və təbliğat baxımından Formula 1 önəmli idman yarışıdır. Ev sahibliyi nəticəsində Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də idman ölkəsi kimi mövqeləri möhkəmlənir. 2018-ci ildə baş tutmuş Azərbaycan Qran-Pri yarışlarını ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10 faiz artaraq 90.2 milyon nəfər təşkil edib”, - deyə Könül Nurullayeva qeyd edib.

Deputat bildirib ki, eyni zamanda, Formula 1 turistlərin də diqqətini ölkəmizə cəlb edir. Bu il də gözlənildiyi kimi, Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəldi. Təkcə Formula 1 ilə bağlı azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxil olmaqla Bakıya 10 mindən çox turist səfər edib. Üstəlik, bu il böyük konsertlərin təşkil olunmamasını nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmdir. Ümumiyyətlə, Azərbaycanda keçirilən birinci Formula 1 Qran-Pri yarışlarından sonra ölkəyə kütləvi turist axını başlayıb. Görünən budur ki, ölkəmizdə avtoidman başda olmaqla idmana maraq yüksək səviyyədədir.
Xəbər 427 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru