Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"Sabah"ın baş məşqçisi: Daha çoxuna ümid edirdik
Tarix: 16.05.2022 | Saat: 05:46:00 | E-mail | Çapa göndər
Çoxlu emosiyalar var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam.

Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

“Avrokuboklara çıxmaq məsələsinə görə nəticə baxımından müəyyən təzyiq var idi. Buraxdığımız səhvlər bununla bağlı idi. Komandaya irad bildirə bilmərəm. Doqquz nəfərlə qaldığımız anda belə, hücum edib hesabı bərabərləşdirə bildik. Daha çoxuna ümid edirdik. Bu gün həddindən artıq lazımsız səhvlərə yol verdik. Kimisə günahlandırmaq çətindir", - deyə rusiyalı mütəxəssis qeyd edib.

O, hava şəraitindən və oyunun saat 17:00-a salınmasından da gileylənərək deyib: "Bakıda oyunların günorta saatlarına təyin olunmasını başa düşə bilmirəm. Daha əlverişli hava şəraitinin olduğu saatlarda oynamağımıza nə mane olur ki? Havaya görə qalib gələ bilmədiyimizi demirəm. Amin Seydiyevin qovulduğu epizodda qırmızı vərəqənin olmadığını düşünürəm. Çünki rəqib künc nöqtəsinə tərəf qaçırdı və digər oyunçumuz da Amini sığortalayırdı. Lakin istənilən halda səliqəli və ehtiyatlı oynamalı idi. Qapımıza qol vurulsaydı belə, qırmızı vərəqə almaqdan qaçmalı idi".

Murad Musayev məğlubiyyəti təkcə psixoloji gərginliklə əlaqələndirməyib. "Taktiki səhvlərimiz də oldu. Amma futbolçular hər şeyin son turda həll olunmasını çox istəyirdilər. Bugünkü oyundan qorxmurdular. Fikrimcə, bir az məsuliyyət çatmadı. Halbuki bundan qaçmaq olardı. Futbolçuların çoxu paltardəyişmə otağında ağlayırdı. Heç kimi günahlandırmaq lazım deyil. Onlar qazanmaq istəyirdilər”, - deyə 39 yaşlı baş məşqçi diqqətə çatdırıb.

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa: "İki gün öncə "Qarabağ"la matçda ağır məğlubiyyət almışdıq. Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir. Görüşün sonları o qədər yaxşı olmadı. Üç xala layiq idik. Amma yekun belə alındı. Paltardəyişmə otağında futbolçulara da dedim. Rəqib kifayət qədər ciddi komandadır. Avrokuboklar və yuxarı yerlər uğrunda mübarizə aparırdı. Xırda problemlərə baxmayaraq, komandam ən yaxşı sözlərə layiqdir. Turnir cədvəlindəki vəziyyətimiz bəllidir. Mövqeyimizə baxsaq, nəyin yaxşı, nəyin pis olması barədə danışmaq yersiz olar".

Qırx bir yaşlı baş məşqçinin sözlərinə görə, hazırda transferlər haqqında danışmaq lazım deyil: "Amma təlim-məşq toplanışı və heyətin gücləndirilməsi ilə bağlı müəyyən planlar var. Ümumi durumu analiz etməli, ortaq məxrəcə gəlməliyik. Müsbət dinamika var. "Şamaxı" ilə matçdan sonra bu gün də üç xal qazana bilərdik. Bunlar analiz üçün yaxşı məqamlardır".

Aleksey Baqa cari mövsümün sonunda "Sumqayıt"dan ayrılmaq istədiyi ilə bağlı xəbərlərə də aydınlıq gətirərək deyib: "Azərbaycanca başa düşmədiyim üçün haqqımda yazılan xəbəri tərcümə etdilər. Bir məqamı eşidəndə gülümsədim. Orada maraqlı bir yer var idi. Otuz səkkiz yaşlı mütəxəssis yazmışdılar. Halbuki mənim 41 yaşım var. Üç yaş cavanlaşdırmışdılar. Bu faktı görəndən sonra informasiyanın necə yazıldığını başa düşdüm və həmin cümlədən sonra oxumağı dayandırdım".
Xəbər 431 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru