Martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı keçiriləcək.
Çempionatda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Budapeştdə ölkəmizi Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Hacımurad Ömərov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcəklər.
|