Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
08/05 | 17:43 Azərbaycan Premyer Liqasında XXXV turun oyun proqramı açıqlanıb
08/05 | 16:31 PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
08/05 | 14:38 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
08/05 | 13:17 Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
08/05 | 12:13 "Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb
08/05 | 10:52 Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
08/05 | 10:21 Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Mariya Stadnik: Böyük sevinclə Azərbaycan bayrağını qaldıracağam! - MÜSAHİBƏ
Tarix: 28.08.2012 | Saat: 09:35:00 | E-mail | Çapa göndər
Qadın güləşi üzrə Azərbaycan millisinin lideri Mariya Stadnik (48 kq) Ukrayna mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, XXX London Yay olimpiya oyunlarında gümüş medal qazanan idmançı yığmamızı nə üçün seçdiyinə bir daha aydınlıq gətirib və burada pulun əsas rol oynamadığını deyib. O, həmçinin Pekin-2008-də qazandığı bürünc medalın oğurlanmasına baxmayaraq, növbəti olimpiya medalını itirəcəyindən qorxmadığını bildirib.

- Ukraynalı olimpiyaçılar öz idman növlərində çıxışlarını bitirdikdən sonra Londonu tərk edirdilər. Siz nəyə görə turnirin bağlanış mərasiminə kimi Böyük Britaniya paytaxtında qaldınız?
- Azərbaycanın olimpiya nümayəndə heyəti Londona birgə gələrək, birgə də qayıtdı. Buna görə də çıxışımı başa vurduqdan sonra olimpiadanı sona kimi izləyə bildim. Londonu gəzmədim, çünki qışda burada iştirak etdiyim zaman bütün görməli yerlərdə olmuşdum. Boş vaxtlarımı olimpiya parkında keçirirdim. Bundan əlavə, digər çəkilərdə güləş yarışlarına baxırdım.

- Qazandığınız gümüş medalı özünüzlə gəzdirirsiniz?
- Siz Lvovda baş verən insidentə işarə vurursuz? Ötən il orada mənzilimi qarət etdilər. Təkcə qiymətli əşyaları deyil, Pekin Olimpiadasındakı 2 medalımızı oğurladılar. Gümüş həyat yoldaşım Andreyin, bürünc isə mənim idi. Ancaq bir təhər bu itkini unutdum. Əslində, mükafatımı həmişə özümlə gəzdirməyəcəm. Bax, indi bunu otağımda qoymuşam. Mənim üçün medalımın oğurlanması qorxulu deyil. İstənilən halda, olimpiya mükafatçısı adım qalacaq.

- London-2012-nin yarımfinalında həmyerliniz İrina Merleniyə qalib gəldiniz. Onun üstün cəhətlərini bilirdiniz?
- Bəli, mən İrinanın imkanlarını çox yaxşı bilirəm. Layiqli qələbə qazandım. Çünki daha yaxşı hazırlıqlı idim. Xüsusilə də fiziki cəhətdən. Həmçinin də inadkarlığım hesabına qalib gəldim.

- Siz finalda güləşəndə Merlini yaponiyalı rəqibinizə azarkeşlik edirdi. O, bunu gizlətmirdi. Siz bunu necə qəbul etdiniz?
- Bu, onun hüququdur. Merlinini məni dəstəkləmədiyinə görə qınamayacam. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, məni qohumlarım, yaxın insanlarım dəstəkləyirdi.

- Londondakı gümüşə görə Azərbaycanda 500 min dollar mükafat qazanmısız. Bu Ukraynanın olimpiya çempionlarının qonorarlarından 4 dəfə çoxdur...
- Bu pullar mənə heç cür təsir göstərməyəcək. Pekində bürünc mükafatçı olanda da pis qonorar almadım. Onlar mənim karyeramın yüksəlişini dayandırmadı. «Bürünc»dən «gümüş»ə gəldim. Demək, qarşıda – qızıl var.

- Finalda qızılın bir addımlığında büdrədiyinizə görə özünüzü günahkar sayırsızmı? Axı Azərbaycanda çempionluğa görə xeyli pul ödənilir...
- Yox, özümü yalnız ona görə günahlandıram ki, olimpiya çempionu olmaq şansından istifadə etmədim. Güləş döşəyinə çıxanda o pullar haqda fikirləşmirəm. Azərbaycan yığmasında çıxış etməyimə də qonorarın məbləği səbəb deyil. Mən sadəcə olaraq, Ukrayna üçün lazım olmadım.

- Olimpiadada birinci yeri tutsaydız, Azərbaycan bayrağını götürüb, döşək ətrafında fırlanacaqdız?
- Əlbəttə. Mən şərəfini qoruduğum ölkənin bayrağı ilə dövr vurardım. Azərbaycanlılar lazımı anda mənə kömək əlini uzatdılar. Həmin vaxt ukraynalılar mənim xidmətimdə maraqlı deyildilər. Ancaq mən idmanla vidalaşa bilməzdim axı. Güləşi çox sevirəm. Bəli, mən Ukraynada böyümüşəm, burada indi də ildə az məşq etmirəm. Ancaq hər halda vaxtımın çox hissəsini Azərbaycan yığmasının heyətində keçirirəm. Azərbaycanlılar məni çətin vaxtda qəbul etdilər və mən buna görə onlara minnətdaram. Əgər növbəti olimpiadada finalda qalib gəlməyi bacarsam, böyük sevinclə Azərbaycan bayrağını qaldıracağam!
Xəbər 3325 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.05.2024 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09.05.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru