Dekabrın 13-də boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatı keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyası və "Seni" şirkətinin dəstəyi ilə keçiriləcək çempionatda 5 kateqoriya üzrə (BC1, BC2, BC3, BC4, BC5) 50-dən çox idmançı iştirak edəcək.
Turnirin qrup mərhələləri dekabrın 7-11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində baş tutacaq. Final mərhələsi isə dekabrın 13-də Bakı İdman Sarayında keçiriləcək.
|