Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
10 olimpiya medalı: “İdman ili”nə əsl hədiyyə
Tarix: 13.08.2012 | Saat: 13:06:00 | E-mail | Çapa göndər
|

Daha bir Olimpiya oyunları geridə qaldı. İki həftə ərzində dünyanın diqqət mərkəzinə çevrilən London Olimpiadası tarixə qovuşdu. 53 idmançı ilə dumanlı Albiona yollanan Azərbaycan Milli Olimpiya Komandası ikisi qızıl, ikisi gümüş və altısı bürünc olmaqla, 10 medal qazanaraq, Vətənə alnıaçıq, üzüağ qayıdır. 10 Olimpiya medalı idmançılarımızın “İdman ili”nə ən gözəl hədiyyəsi oldu.

Atlantada qazanılan 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medaldan sonra, məntiqi olaraq, hər kəs Londondan 9 medal gözləyirdi. Lakin idmanda proqnoz vermək düzgün olmadığı üçün, heç kəs bunu aşkar ifadə etməyə risk etmirdi. Söz deyildisə, gərək həyata keçsin... Amma hər kəsin gözlədiyi, əslində, 9 və daha çox medal idi.

Azərbaycan Prezidenti idmançılarımızdan Pekindəkindən də böyük uğur gözləyirdi. Və buna haqqı da çatırdı. Çünki tək dövlət başçısı kimi deyil, həm də ölkənin olimpiya hərəkatının lideri kimi idmançılara həm mənəvi, həm də maddi baxımdan ən böyük dəstəyi o vermişdi. Dünyada ikinci belə bir dövlət başçısı yoxdur ki, idmana bu qədər yaxın olsun, özünün idmançıların nümayəndəsi olduğunu bəyan etsin. İdmançılarımız da Azərbaycan Prezidentinin bu qayğısını, etimadını doğrultmalı idilər.

Olimpiadanın ilk günlərində cüdoçularımızın gözlənilməz məğlubiyyətləri bəzi səbrsiz insanlarda mənfi emosiyalar yaratsa da, əsl idmansevərlər uğurun uzaqda olmadığını bilirdilər. Hələ yarışlar başa çatmamış, Azərbaycan Milli Olimpiya Komandasının Londondakı ümumi çıxışlarına zəif damğası vuran, nəsə yazmağa, tənqid etməyə mövzu olsun deyə, idmançılarımızın məğlubiyyətinə sevinən jurnalistlərimizin hay-küyü başa düşülən deyildi. Sanki 53 idmançımız 53 medal qazanmalı idi. Sanki digər dövlətlərin idmançıları yarış meydanında bizimkilərə məğlub olmaq üçün sıraya düzülmüşdülər. Axı, məğlubiyyətin səbəbini bilmədən, kor-koranə tənqid nə peşəkarlığa sığır, nə də əxlaqa.

Düzdür, elə idmançılarımız oldu ki, onların məğlubiyyəti hər kəsi məyus etdi. Hətta Gənclər və İdman Nazirliyinin mətbuat xidməti də bəyanat verərək bildirdi ki, həmin idmançıların məğlubiyyətində günahkar birbaşa özləri və məşqçilərdir. Çünki dövlət onların təlim-məşqləri, eləcə də bütün yarışlara göndərilməsi, bir sözlə, Olimpiadaya hazırlığı üçün nə lazımdırsa, edib. Əgər qələbə üçün bütün şərait yaradılıbsa, lakin hansısa idmançı məğlub olursa, bunun günahını nə dövlətdə, nə də dövlətin hansısa qurumunda axtarmaq düzgün deyil. Şübhəsiz, burada “Niyə uduzdun?” sualını idmançıya, bir də hazırlıq prosesində onun yanında olmuş məşqçisinə ünvanlamaq lazımdır.

Amma məqsədləri dövlətə və onun qurumlarına ləkə yaxmaq, kiməsə böhtan atmaq olan üzdəniraq həmkarlarım sanki idmançılarımızın qələbəsinə deyil, məğlubiyyətinə sevinirdilər. Maraqlıdır ki, adətən, başqa mövzularda yazan bu “vətənpərvərlər” birdən-birə idman jurnalistlərinə çevrilmişdilər. Sözsüz ki, belələrinə ən yaxşı cavabı idmançılarımız verməli idilər. Avqustun 4-də hava limanında güləşçilərimizi yola salarkən, 15 ildən çoxdur, idman və jurnalistika sahəsində çalışanlardan biri kimi, şəxsən mən buna inanırdım. Elə də oldu. Güləşçilərimiz həmin böhtan yazan, hər bir idmançının məğlubiyyətinə siyasi don geydirən jurnalistlərin səsini batırıb, qələmlərini elə qırdılar ki, inanmıram Rio-de-Janeyroda keçiriləcək 2016-cı il olimpiadasınadək öz yazılarında “idman” sözünü bir də işlətsinlər.

Əslində, bu uğur daha böyük ola bilərdi. Əgər BBC kimi nüfuzlu telekanalın ədalətsiz və səhlənkar proqnozu olmasaydı. Ötən il, guya Azərbaycan boksçularına 2 qızıl medalın veriləcəyini uydurmasaydılar, inanmıram ki, beynəlxalq həvəskar Boks Federasiyası (AİBA) bizim boksçulara qarşı belə ədalətsizlik edəydi. BBC-nin ittihamları qarşısında özünü təmizə çıxarmaq üçün AIBA Azərbaycan boksçularının qızıl medal qazanmaması üçün əlindən gələn hər şeyi etdi. Boksçularımız təkcə rinqdə rəqibləri ilə döyüşmədilər, eyni zamanda, AİBA-ya qarşı, bir də bütün diqqəti onların üzərinə yönəltmiş mediaya qarşı döyüşdülər. Buna görə də, öz gücləri ilə qazanmağa layiq olduqları qızıl-gümüş medallardan məhrum oldular.

AİBA rəhbərliyinin dünya boksuna, onun hakimik sisteminə öz töhfəsini vermiş Ağacan Abıyev kimi mütəxəssisi texniki heyətdən uzaqlaşdırması və bununla bağlı bəhanəsi də məhz idmançılarımızın finala gedən yolunu kəsməyə hesablanmışdı.

Bir də, idmanda hər şey olur. Əgər kimsə idmançılarımızın çıxışını uğursuz hesab edirsə, onda bilməlidir ki, ən uğurlu olimpiadamız olmuş Pekindəki nəticə Londonda nəinki təkrarlandı, üstəlik, ondan xeyli yüksək uğurlar, o sırada, medal qazanıldı. Bu necə uğursuzluqdur ki, indiyədək bundan böyük uğurumuz olmamışdı?

Bir də, Azərbaycan idman tarixinə “qızıl gün” kimi daxil olan avqustun 11-də Toğrul və Şərif olimpiya çempionu olmasaydılar, hər kəs Azərbaycanın Londondakı çıxışını uğursuz adlandıracaqdı. Amma, fikrimcə, bu özü də düzgün düşüncə deyil. Axı, Azərbaycan idmanının uğurlu və ya uğursuz olması 2 idmançıdan asılı deyil. Ola bilərdi ki, indiki çempionlarımız heç finala çıxa bilməsin və ya həlledici qarşılaşmada məğlub olsun; əvəzində, qızıl medalı başqa idmançımız qazansın. Məsələn, mən bu olimpiadada nə Toğruldan, nə də Şərifdən qızıl medal gözləmirdim. Olimpiya çempionluğunu avarçəkmədə Demyanenkodan, boksda Məhəmmədrəsul Məcidovdan, güləşdə Rövşən Bayramovdan gözləyirdim. Amma birinci zədə üzündən, digəri - hakim qərəzinə görə həlledici yarışa düşə bilmədilər. Rövşənin nəticəsini isə əsl idman rəqabətinin məğlubiyyəti adlandırmaq olar. Əvəzində, onlardan gözlədiyimizi Toğrulla Şərif qazandılar. Deməli, Azərbaycan idmanı, onun potensialı 1-2 idmançıdan asılı deyil ki, o da uduzan kimi, uğursuzluq damğasına tuş gəlsin.

Azərbaycan olimpiyaçılarını tənqid edən həmkarlarıma isə üz tutub rica edərdim ki, tənqid etmək üçün kor-koranə şəkildə hansısa məğlubiyyəti əsas tutub, kimi gəldi tənqid etməsinlər. İndi Olimpiadanın yekun siyahısını əlinizə alın və baxın görün, vicdansızcasına qara yaxdığınız Azərbaycan Olimpiya Komandası hansı ölkələri geridə qoyub?
Xəbər 4483 dəfə oxundu



 
Müəllifin son yazıları

12.11.2021 “Unutma, YAŞAT!” və “Qürurla irəli!”
04.05.2021 Azad Rəhimovun yolu...
20.04.2017 Mənim “İdman” sevgim
03.02.2015 Ermənilər Uruqvayı da biabır etməyi bacardılar
19.02.2014 Baku - The capital of AIPS’s 77th congress and 90th anniversary
15.05.2012 İdman iliniz mübarək!
06.12.2011 Paris Disneylendinin “ağır günlər”i
15.06.2011 Jurnalistin qeyd dəftərçəsi bağlandı…


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru