Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Göygöldə şəhid övladları üçün idman festivalı keçirilib
Tarix: 20.06.2021 | Saat: 12:47:00 | E-mail | Çapa göndər
Göygöldə “Qəhrəman övladları” adlı idman festivalı təşkil edilib.

Festival “Cavad Xan” Tarix və Mədəniyyət Fondu, “Qardaşlıq” qrupu, Göygöl Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Göygöl Olimpiya və İdman Kompleksi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Gəncə və Göygöldən 67 ailədən 118 şəhid övladı (7-12 yaş qrupu) iştirak edib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk bildirib ki, Azərbaycanın qəhrəmanları 44 gün ərzində Qarabağdakı 30 illik əsarətə son qoyaraq nəsildən-nəslə ötürüləcək böyük bir qəhrəmanlıq dastanına imza atmaqla tarix yazdılar. Ölkəsinin bütövlüyü üçün canını verən hər bir şəhid, həyatını riskə atan hər bir qazi bu millətin ortaq dəyəridir: “Şəhidlərimizin geridə qoyduğu digər yaxınları ilə yanaşı, övladları bu millətə əmanətdir. Ümid edirəm, bu yadigarları azərbaycanlı qardaşlarımızla birlikdə qoruyacağıq, şəhidlərimizin ruhunu əsla incitməyəcəyik və hər zaman qazilərimizin yanında olacağıq.

“Bir millət, iki dövlət” anlayışı ilə güclənən siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdəki münasibətlərimiz bu dəfə şəhid övladlarımızın rəqabət sevincini bölüşərək gənc zəkalarda güclənəcək və çiçəklənəcək. İki ölkə arasında sevinc və kədər içində birlik ruhunu yeni nəsillərə ötürmək bəlkə də bu festivalın ən mənalı tərəflərindən biri olacaq. Çünki biz birlikdə güclüyük. Bu mesajı hələ keçən həftə iki qardaş ölkənin prezidentləri Şuşadakı tarixi görüşdə yüksək səslə gözəl bir şəkildə dilə gətirdilər".

Baş konsul tərəfindən komandalara kapitanlıq və mükafatlandırma Azərbaycanın məşhur idmançılarından olan Olimpiya, Dünya, Avropa çempionları və mükafatçıları Hacı Əliyev, Namiq Abdullayev, Mövlud Mirəliyev, Rövşən Bayramov, Mariya Stadnik, Şərif Şərifov, Şahmuraz Qasımov, Ramil Qasımov və Hakim Nəzərəliyevə həvalə edilib.

Festivalda Gəncə və Göygöldən olan məşqçilərin və idmançıların bir neçə idman növü üzrə nümunəvi çıxışları təqdim edilib, şəhid övladlarına xoşladıqları idman növünə yerindəcə yazılmaq və təmənnasız məşğul olmaq imkanı yaradılıb.

Tədbir Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının maraqlı səhnələri, Gəncə Dövlət Filarmoniyasının musiqi və rəqs qruplarının çıxışları ilə davam edib.

Layihənin əsas məqsədi şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiram ifadəsi, şəhid övladlarının sağlam həyat tərzinə istiqamətləndirilməsi, onları neqativ təsirlərdən uzaqlaşdırmaq və idmana olan marağın artırılması, psixoloji dəstək göstərmək, istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
Xəbər 362 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12.05.2024 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12.05.2024 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
11.05.2024 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
10.05.2024 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru