Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Taekvondo Federasiyasında Tokio Olimpiadasına lisenziya qazanan parataekvondoçularla görüş keçirilib
Tarix: 12.05.2021 | Saat: 11:00:00 | E-mail | Çapa göndər
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa təsnifat turnirindən qayıdan parataekvondoçularla görüş keçirilib.

Tədbirdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov yarışda uğur qazanmaları münasibətilə millinin üzvlərini təbrik ediblər.

N.Səfərov yarışa yollanan dörd idmançının hər birinin Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanmasının böyük nailiyyət olduğunu vurğulayaraq deyib: “Son olimpiadada - Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı taekvondoda əldə etmişdik. İndi bu idman növü ilə yanaşı, hədəfimiz parataekvondoçularımızı da dünyada ən güclülər sırasında görməkdir. Azərbaycan parataekvondoçuları dünyaya sübut etdilər ki, onlar güclü idmançılardır. İdmançılarımızın bəziləri xal fərqində o qədər öndə idi ki, rəqibin bizə çatması mümkün deyildi. Aynurun görüşü daha gərgin alındı. Lisenziyanı qızıl xalla qazandı. Bu əldə edilən dörd lisenziya ilə sübut olundu ki, istənilən yarışda qələbə qazanmaq mümkündür. Biz Sofiyaya dörd parataekvondoçu ilə deyil, yeddi idmançı ilə də getsəydik, inanırdım ki, hər biri olimpiadaya vəsiqə qazanacaqdı”.

O qeyd edib ki, əsas niyyətimiz bu uğuru Paralimpiadada davam etdirməkdir: “Bu, birinci mərhələdir. Əsas məqsəd Paralimpiadadadır. İnanırıq ki, Bolqarıstanda nümayiş etdirdiyiniz döyüşləri Tokioda da göstərəcəksiniz və himnimizi səsləndirərək Vətənə medallarla qayıdacaqsınız”.

Niyaməddin Paşayev hazırlıq dövrünü xatırladıb, uğurlu nəticə üçün komandaya təşəkkürünü bildirərək deyib: “Lisenziya yarışında hər bir təmsilçimizin vəsiqə qazanması böyük nailiyyətdir. Tokio Yay Paralimpiya Oyunlarında da medal qazanılacağına, xalqımızı sevindirəcəyinizə, ölkəmizin idman şərəfini layiqincə qoruyacağınıza inanıram”.

Vüqar Məmmədov da yığma üzvlərini və məşqçi heyətini təbrik edib. O, parataekvondoçularımızın Tokioda öz sözlərini deyəcəyinə əmin olduğunu bildirib.

Yığmanın baş məşqçisi Fərid Tağızadə komandasının uğurlu çıxışına sevindiyini vurğulayıb. O bildirib ki, əsas məqsəd lisenziyanı medala çevirməkdir.

F.Tağızadə qeyd edib ki, paralimpiadada hər çəki dərəcəsində 12 rəqib olacaq və çempionluq üçün üç qələbə qazanmaq vacibdir: “Türkiyə, Rusiya və Monqolustan yarışa çox ciddi hazırlaşır və fikrimcə əsas rəqiblərimiz arasında digərlərindən fərqlənirlər. İnanıram ki, idmançılarımız yüksək nəticə göstərəcəklər. Bu yolda bizə dəstək olan federasiyaya təşəkkür edirəm”.

Paralimpiadaya vəsiqə qazanan Aynur Məmmədov isə qələbə təəssüratlarını bölüşüb. Bildirib ki, gərgin döyüşdən sonra hələ də özünə gələ bilmir: “Hesabda 8:0 hesabı ilə öndə idim. Amma rəqib hesabı necə 15:15-ə gətirdi. Bir anlıq gözümün qarşısına gəldi ki, əziyyətlərimiz, bizə göstərilən dəstək boşuna gedir. Sonda 15:15 hesabını saxlamağı düşünürdüm və bunu bacardım. Döyüş qızıl xala getdi. Həmin an var gücümlə zərbə vurdum və lazımi xalı qazandım. Bu mənə daha məsuliyyətli olmağı öyrətdi. Çünki qızıl xal uğrunda döyüş çox çətindir. Federasiyanın rəhbərliyinə və müəllimlərimə təşəkkür edirəm. Hədəfim paralimpiadada qızıl medala sahib olmaqdır”.

İdmançılarımızdan Əbülfəz Abuzərli isə bildirib ki, bu uğurun ardı gəlməlidir: “Sofiyada olanda yalnız bu yarışda qələbə qazanmağı düşünürdük. İndi isə növbəti hədəf paralimpiadada çempion olmaqdır”.

Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Tokio Yay Paralimpiya Oyunlarına Sofiyada dörd lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, 75 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, 58 kq-dan yuxarı) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtında keçiriləcək paralimpiadada iştirak etmək hüququna yiyələniblər.
Xəbər 425 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.05.2024 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
29.04.2024 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
27.04.2024 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27.04.2024 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
16.02.2024 Azərbaycan taekvondoçuları Tehrandakı turnirdə daha iki medal qazanıblar
15.02.2024 Azərbaycan taekvondoçusu Tehrandakı turnirdə fəxri kürsüyə qalxıb
15.02.2024 Azərbaycanın taekvondo yığması Antalyada 7-ci medalını qazanıb
11.02.2024 Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında daha 4 medal əldə ediblər
10.02.2024 Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatına 2 medalla başlayıblar
07.02.2024 Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru