Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şahmat Federasiyasının rəhbərliyi və milli komandanın üzvləri FIDE-yə müraciət ünvanlayıblar
Tarix: 05.12.2020 | Saat: 17:03:00 | E-mail | Çapa göndər
Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi və milli komandanın üzvləri Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, eləcə də, FIDE-nin üzvü olan 190 ölkənin şahmat federasiyalarına müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlayıb. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan şəhərləri, qəsəbə və kəndləri azad edib. Noyabrın 10-da isə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat nəticəsində münaqişənin hərbi mərhələsi başa çatıb və münaqişənin həlli diplomatik müstəviyə keçib. Heç kimə sirr deyil ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb və ölkəmizdə çox sayda xalqların yaşaması bunu təsdiqləyir. Prezident İlham Əliyev müsahibələrində də həmişə vurğulayır ki, Azərbaycan xalqı çox xeyirxah xalqdır: “Məhz ona görə Azərbaycanda digər xalqların nümayəndələri sülh, barış və ləyaqət içərisində yaşayır. Ona görə də mən əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə də bir yerdə yaşaya bilərlər. Necə ki, Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda yaşayırlar”.

Müraciətdə deyilir: “Azad olunmuş şəhərlərdə şahmat idman növünə diqqət həmişə böyük olub. Təəssüf ki, Ermənistanın işğalı nəticəsində Zəngilanda, Qubadlıda və Kəlbəcərdə çoxsaylı şahmat məktəbləri tamamilə dağıdılıb. İşğala qədər Zəngilan rayonunda idmanın futbol, voleybol, atletika — xüsusilə şahmat növü geniş yayılmış və inkişaf etmişdir. Təbii ki, işğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 42 rayonuna səpələnmiş və bu hal təbii olaraq bütün sahələrə olduğu kimi, idman sahəsinə ciddi zərbə vurmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın məşhur şahmatçılarından biri, Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu, yaxın illərdə FIDE reytinqində 2800-dən yuxarı reytinqə malik olan Şəhriyar Məmmədyarov Zəngilan rayonunda anadan olub. Ş.Məmmədyarovun bacıları Zeynəb və Türkan Məmmədyarovalar da Zəngilan rayonunun sakinləridirlər. İşğaldan azad edilmiş Qubadlı və Kəlbəcər rayonlarında da güclü şahmat məktəbləri fəaliyyət göstərib. Sərxan və Loğman Quliyev qardaşları məhz azad edilmiş Qubadlı rayon sakinləridirlər. Kəlbəcər rayonunda şahmat məktəbləri də say baxımından fərqlənib. Təəssüf ki, Qarabağda fəaliyyət göstərən şahmat məktəbləri işğal nəticəsində tamamilə məhv edilib. Bir düşünün: Ermənistan işğalı olmasa idi, həmin ərazilərdə nə qədər istedadlı şahmatçılar yetişə bilərdi? 30 illik işğal, həm də dünya şahmat ictimaiyyətinin itirdiyi dövr kimi qiymətləndirilməlidir. Əlbəttə, indi işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına qayıdacaq. Cəmiyyət həyatının digər sahələri kimi, şahmat sahəsi də dirçəldiləcək, bəşəriyyətin ən müdrik oyunlarından biri olan şahmatın sevilməsi və öyrənilməsi üçün məktəblər inşa olunacaq və istismara veriləcək. Azərbaycan xalqı məhz bu əzmlə yaşayır”.

Müraciətdə bəzi erməni şahmatçıların separatizmi dəstəkləyən hərəkətlərə yol verdiyi qeyd olunub. Bu şahmatçılar arasında erməni qrossmeyster Levon Aronyanın olması barədə məlumat verilib.
Qeyd edilib ki, 2015-ci ildə Bakıda təşkil edilən şahmat üzrə dünya kubokunda Ermənistan şahmatçıları da iştirak edib və Azərbaycan təşkilatçılarının yüksək qonaqpərvərliyinin şahidi olublar.
Xəbər 396 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru