Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
ADBTİA-nın 90 illiyinə həsr olunan kitab işıq üzü görüb
Tarix: 26.11.2020 | Saat: 12:14:00 | E-mail | Çapa göndər
Bu ilin noyabrında ölkəmizin uzunömürlü və ən qabaqcıl ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaradılmasının 90 illiyi tamam olur.

Əlamətdar hadisə münasibətilə Akademiyanın 90 illik yubileyinə həsr olunmuş xüsusi nəşr işıq üzü görüb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tarixi 1930-cu il noyabrın 8-dən başlayır. Həmin gün Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılışı olub. İnstitutun əsas vəzifələri bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi. Fəaliyyət göstərdiyi 90 il ərzində bu vəzifələrin öhdəsindən layiqincə gələn Akademiya bu gün regionun ən qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib.

“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası: 1930-2020” adlı nəşrdə bu ali təhsil ocağının 90 illik tarixinin müxtəlif dövrləri çoxsaylı fotoşəkillərlə oxucuların diqqətinə ətraflı çatdırılır. Kitab xalqımızın ümummilli lideri Heydər Əliyevin və dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Akademiyanın yaradılmasının tarixi əhəmiyyəti və ölkəmizin idman həyatına layiqli töhfələrinə dair fikirləri ilə başlayır.

Nəşrin “Əsri haqlayan tarix və ya Zaqafqaziyanın ilk idman ali məktəbi” bölməsində bu ali təhsil ocağının şərəfli tarixindən geniş bəhs olunur. Bu bölmədə, həmçinin Akademiyanın məzunlarının idman yarışlarında uğurlu çıxışları ilə yanaşı, İkinci Dünya və Qarabağ müharibələrində də fəal iştirak etdikləri xüsusi vurğulanıb. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1970-ci illərdə olduğu kimi, bədən tərbiyəsi və idmanı yenidən himayəyə götürməsi ilə bu ali təhsil ocağının da həyatında yeni dövrün başlandığı qeyd olunub. Bildirilib ki, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə idman sahəsində daha böyük uğurların əldə olunması üçün əlverişli şərait yarandı. Bu inkişaf Akademiyanın həyatında da parlaq şəkildə hiss olundu.
Müasir dövrdə Akademiyanın qarşısında duran əsas vəzifələr nəşrdə rektor Fuad Hacıyev tərəfindən belə izah olunub: “Biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Akademiya məzunlarının dünya idman əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və inanırıq ki, yaxın zamanda buna nail ola biləcəyik”. Bu məqsədə nail olunması yolunda son illərdə Akademiyada həyata keçirilən islahatlar, atılan addımlar kitabın “Strateji hədəflər və müasir çağırışlar” bölməsində ətraflı şəkildə əksini tapıb.

Nəşrin “Beynəlxalq standartlara uyğun infrastrukturun yaradılması” bölməsində Akademiyanın yeni tədris korpusunun, idman zallarının yaradılması, ən müasir avadanlığın quraşdırılması ilə maddi-texniki bazanın təkmilləşdirilərək dünya standartları səviyyəsinə çatdırılmasından söhbət açılır.

Kitabın “Tədris prosesində aparılan islahatlar” bölməsində diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerli və xüsusən beynəlxalq idman əmək bazarının yüksək standartlarına cavab verən mütəxəssislərin hazırlanması günün ən vacib tələblərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə Avropanın nüfuzlu ali məktəblərinin əməkdaşlıq əlaqələri əsasında onların iş təcrübəsi öyrənilib, sosial araşdırma aparılıb. Nəticədə Azərbaycanda idman təhsili sistemində böyük yeniliklər edilərək, “Məşqçi”, “Bədən tərbiyəsi və idman reabilitasiyası”, “İdman menecmenti və kommunikasiya” bakalavr ixtisasları üzrə yeni tədris proqramları hazırlanıb, idman təhsili sahəsində yeni standartlar müəyyən edilib. Eyni zamanda, ingilis dilində “İdman tibbi reabilitasiya”, “İdman jurnalistikası” və “İdman menecmenti” yeni magistr ixtisasları yaradılıb. Yeni magistr ixtisaslarında tədrisin keyfiyyətini yüksəltmək üçün bir sıra xarici ölkələrin, o cümlədən Böyük Britaniyanın, Almaniyanın, Türkiyənin və digər ölkələrin ən qabaqcıl ali təhsil ocaqlarından tanınmış ekspertlər proqram rəhbərləri kimi Akademiyaya dəvət ediliblər.

Digər bölmələrdə Akademiyanın elmi potensialı, tələbə-gənclərlə iş və vətənpərvərlik, beynəlxalq əməkdaşlıq, fəxri doktorlar və professorlar, Olimpiya salnaməsi, Akademiyanın yetirmələri olan Milli qəhrəmanlar, çempion məzunlar və s. barədə ətraflı söhbət açılıb.

AZƏRTAC
Xəbər 913 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13.05.2024 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13.05.2024 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13.05.2024 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13.05.2024 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru